Eldəniz Səlimov: “Bu faktın özü göstərir ki...” Eldəniz Səlimov: “Bu faktın özü göstərir ki...”

“Belarusla iqtisadi münasibətlər daha da dərinləşəcək” - Millət vəkili

Eldəniz Səlimov: “Bu faktın özü göstərir ki...”

“Prezident İlham Əliyevin dost ölkə olan Belarusa işgüzar səfəri iki ölkə arasındakı münasibətləri daha da dərinləşdirir”.

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Eldəniz Səlimov dedi.

O, Prezident İlham Əliyevin Belarus Respublikasına rəsmi səfərini şərh edərkən bildirdi ki, Azərbaycanla Belarus arasındakı isti münasibətlər hər iki ölkənin iqtisadi inkişafına şərait yaradır:

“Uzun illərdir Azərbaycanla Belarus Respublikası arasındakı işgüzar və dostluq münasibətləri qarşılıqlı olaraq investorların cəlb olunmasına gətirib çıxardı. Hazırda da bütün sahələr üzrə qarşılıqlı iqtisadi münasibət davam etdirilir. Artıq Gəncə şəhərində Belarus Traktor Zavodu ilə birgə traktor istehsalına başlanılıb. Bu faktın özü, iki ölkə arasında iqtisadi münasibətlərin bundan sonra da inkişaf edəcəyini göstərir”.

Deputat əlavə etdi ki, Azərbaycanla Belarus arasındakı qarşılıqlı əməkdaşlıq, ikitərəfli olaraq iqtisadiyyatın güclənməsinə xidmət edəcəkdir.

Elgün MƏNSİMOV
AzNews.az