“Onlar müəyyən dairələrin əlində maşadırlar” - AÇIQLAMA

"Bu fəaliyyətin həyata keçirməsi üçün də bu şəxslərə qrantlar ayrılır"

“Biz dəfələrlə bununla bağlı fikirlərimizi bildirmişik ki, Məhəmməd Mirzəli, Orduxan Temirxan, Tural Sadıqlı və digərləri Azərbaycan əleyhinə işləyən müəyyən dairələr əlində alətdirlər, maşa kimi istifadə olunurlar”.

Bunu SİA-ya açıqlamasında “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev deyib.

Onun sözlərinə görə, bu fəaliyyətin həyata keçirməsi üçün də bu şəxslərə qrantlar ayrılır: “Yəni sözügedən “siyasi mühacir”lər müəyyən maliyyə qarşılığında ölkəmizə qarşı qaryaxma kampaniyası həyata keçirirlər. Kor-kor gör-gördü yəni bu şəxslərin birdən-birə üzə çıxmaları, aqressivləşmələri, söyüş ritorikasını gətirmələri göstərirdi ki, bunlar bir dairə tərəfindən idarə olunurlar. Özü də diqqət edəndə görünürdü ki, “siyasi mühacirlər”in hamısı eyni mərkəzdən tapşırıqlar alırlar və eyni xətt üzrə sistemli fəaliyyət göstərirlər. İndi Məhəmməd Mirzəli ilə Tural Sadıqlı arasında gündəmə gələn qalmaqal bizim vaxtı ilə dediklərimizin əyani şəkildə sübutudur. Yəni artıq bunu biz demirik, bunlar özləri də etiraf edirlər və bir-birini ittiham edirlər, qrantların düzgün bölünməməsi ilə bağlı bir-birlərinə ittihamlar ünvanlayırlar və indiyə kimi cəmiyyətdə formalaşmış fikri özləri də təsdiq edirlər”.

AzNews.az