O, Rusiyanın qorxusundan Sarkisyandan da çox Rusiyaya bağlı bir adama çevrilib. O, Rusiyanın qorxusundan Sarkisyandan da çox Rusiyaya bağlı bir adama çevrilib.

“Paşinyan belə etməsə, Rusiya onun boynunu sındırar”

O, Rusiyanın qorxusundan Sarkisyandan da çox Rusiyaya bağlı bir adama çevrilib.

“Paşinyan Rusiyanın qorxusundan Sarkisyandan da çox Rusiyaya bağlı bir adama çevrilib”.

Bunu AzNews.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan deputat olanda Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxarılması üçün mübarizə aparırdı. Amma indi dövlət başçısıdır, məsuliyyəti artıb:

“Ona görə bu təşkilatı dəstəkləməlidir, başqa cür hərəkət edə də bilməz, Rusiya onun boynunu sındırar. Ermənistan həm də Rusiyanın quberniyası kimi bir ölkədir, Paşinyan isə hərdəmxəyal adamdır. Ona görə də onun tez-tez fikrinin dəyişməsi normal haldır. Düzdür, Paşinyan qərbyönümlü adamdır, Ermənistanı Qərbə tərəf çevirmək istəyir. Amma o, Rusiyanın qorxusundan Sarkisyandan da çox Rusiyaya bağlı bir adama çevrilib. Son zamanlar Rusiyada da Ermənistanın maraqlarına uyğun addımlar atılır. Müəyyən adamlar gedib orada təbliğat aparır və s. Digər tərəfdən, ermənilər Rusiyadan ayrıla bilməzlər, çünki Rusiyanın hesabına dövlət qurublar”.

Xatırladaq ki, bu gün Sankt-Peterburqda Avrasiya İqtisadi İttifaqının toplantısı keçiriləcək. Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan İttifaqının toplantısında iştirak etmək üçün Rusiyayada səfərdədir.

Elgün Mənsimov

AzNews.az