Paşinyan azərbaycanlı girovları Dağlıq Qarabağ rəhbərliyindən ala bilmədikdən sonra mövqeyini dəyişdi. Paşinyan azərbaycanlı girovları Dağlıq Qarabağ rəhbərliyindən ala bilmədikdən sonra mövqeyini dəyişdi.

"Paşinyana Azərbaycan Prezidenti qarşısında səmimi olmağı tövsiyyə edirik" - Mübariz Əhmədoğlu

Paşinyan azərbaycanlı girovları Dağlıq Qarabağ rəhbərliyindən ala bilmədikdən sonra mövqeyini dəyişdi.

MDB –nin Sankt-Peterburq qeyri-formal sammitində Azərbaycan respublikası Prezidenti İ.Əliyev və Ermənistanın baş nazir əvəzi N.Paşinyan əsir və girovların “Hamnın hamıya” prinsipi ilə dəyişdirilməsini müzakirə ediblər. Paşinyan bunu “Dağlıq Qarabağ höküməti” ilə müzakirə edəcəyini bildirib. Ermənistanın baş nazir əvəzi N.Paşinyan yalan danışır:

I. 2018 –ci ilin 2 -6 noyabr tarixlərində N.Paşinyanın Dağlıq Qarabağa səfərində ehtimal ki, əsas məqsədi D.Əsgərov, Ş.Quliyev və E. Hüseynzadəni Şuşa həbsxanasından azad edib, Yerevana gətirmək idi. N.Paşinyan Dağlıq Qarabağa bu səfərinə komanda ilə getmişdi, komandada olan bəzi şəxslərin birbaşa hərbi xarakterli məsələlərə aidiyyəti yox idi. Səfərin strukturu da hərbi təyinatlı məsələlərin birinci sırada olmadığını nümayiş etdirirdi.

II. N.Paşinyanın Dağlıq Qarabağa səfərindən iki gün sonra Dağlıq Qarabağ siyasətçiləri, B.Saakyanın mətbuat katibi və piarçısı D.Babayan Azərbaycanda ermənilərə qarşı vuruşmuş şəxslərin qəhrəmana çevrilməsindən yazdılar və bunu pislədilər. Başqa sözlə, N.Paşinyanın bir neçə gün sonra işlətdiyi “Ramil Səfərovlaşma” terminini Dağlıq Qarabağda “icad” etmişdilər.

III. O vaxtadək N.Paşinyan müdafiə naziri D.Tonoyan ermənilərin hərbi əsir hesab etdiyi K.Kazaryanın yaxında Ermənistana qayıdacağı ilə bağlı ümidli fon yaradırdılar. N.Paşinyanın həyat yoldaşı iki dəfə Berd rayonuna gələrək K.Kazaryanın valideynlərinə baş çəkmişdi. Buna da K.Kazaryanın qayıtmasını qeyd etməyə hazırlıq işi kimi baxmaq olar.

IV. N.Paşinyan azərbaycanlı girovları Dağlıq Qarabağ rəhbərliyindən ala bilmədikdən sonra mövqeyini dəyişdi. D.Əsgərovun öldürdüyü ermənilərin qohumlarının D.Əsgərovun azadlığa buraxılmayacağını əsas arqument kimi ortalığa qoydu. Amma biri mayor olmaqla üç polisi öldürən “Sasna srer”çiləri azadlığa buraxarkən öldürülən polislərin qohumlarının rəyini öyrənmədi. Bu mövzunu Ermənistan cəmiyyəti aktuallaşdırsa da, Paşinyan inkar etdi. N.Paşinyanın saxtakarlığının bu məsələdə ən yüksək nöqtəsi Dağlıq Qarabağın icad etdiyi “Ramil Səfərovlaşma” terminindən istifadə etməsidir. D.Əsgərov, Ş.Quliyev Bakıya qayıdan kimi təntənə ilə qarşılanacaqlar və yeni “Ramil Səfərovlara” çevriləcəklər. Bu isə Ermənistana lazım deyil.

V. Noyabrın 20 də isə Əsir, girov və itkin düşənlər barədə yeni idarələrarası komissiyanın yaradılması barədə fərman imzaladı. Əvvəlki komissiyanın ləğv etməyin səbəbini isə izah etmədi. Fərmanda dövlət idarələrinə komissiyanın tərkibinə namizədlərini Müdafiə nazirliyinə təqdim etmək tapşırılırdı. Bu komissiya indiyədək yaradılmayıb.

Arqumentlər yekun nəticəni diqtə edir: “Hamnın hamıya dəyişdirilməsi” məsələsi ilə Paşinyan məşğul olub, sözünə qulaq asan olmayıb və sonra Paşinyan bu mövzuda da yalan danışmağa başlayıb.
Paşinyana hər yerdə yalan danışmamağı,hər zaman səmimi olmağı tövsiyyə edirik. Bu ona Azərbaycan Respublikası Prezidenti İ.Əliyevin qarşısında olarkən xüsusilə vacibdir. Susqvanq vəziyyətində olan Paşinyanın yeganə xilaskarı İ.Əliyev ola bilər.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru