Arif Məmmədov erməniyə “dayı” deyir. Arif Məmmədov erməniyə “dayı” deyir.

Taksi sürücüsü Arif Məmmədovla ermənipərəst Lapşini nə birləşdirir?

Arif Məmmədov erməniyə “dayı” deyir.

Vaxtilə Azərbaycan Respublikasının Belçika Krallığındakı fövqəladə və səlahiyyətli səfiri, İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyindəki səfiri vəzifələrində işləmiş Arif Məmmədov hazırda Avropa küçələrində taksi sürür.

Məlumdur ki, o, özünü antiazərbaycançı şəbəkənin qurbanı edərək, indi Azərbaycana qarşı müxtəlif qarayaxmalar və əks təbliğatlar aparmaqla məşğuldur. Arif Məmmədov bu yolda Azərbaycanın düşməni olan hər kəsə, hətta erməniyə də “dayı” deməyə qadirdir. Necə ki, onun “Facebook” profilində dostlar siyahısının böyük bir qismini məhz bu “dayılar” təşkil edir.

Həmin şəxslərdən biri də Azərbaycanın “qara siyahı”sına düşən və layiqli cəzasını alan “məşhur” blogger Aleksand Lapşindir. O Lapşin ki, Ermənistan silahlı qüvvələri tərəfındən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Pasportlar haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olmuşdu.

Lapşin qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində, özünə məxsus "http//puerrtto.livejournal.com" səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etmişdi. Həmçinin bir neçə müraciətində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin "müstəqilliyini" dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmişdi.

Düzdür, Lapşin Belarusda tutularaq 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olundu və Bakı Ağır Cinayətlər Məhkəməsi onu azadlıqdan məhrum etdi.

Amma bu adam azadlığa çıxdıqdan sonra da öz məkrli siyasətini davam etdirməkdədir.

Elə buna görə, onun kimiləri Arif Məmmədov təki taksi “şoferləri”nə də sərf edir. Sosial şəbəkələrdə bir-birinə açıq dəstək olur, Azərbaycanın əleyhinə mümkün olan rəzilliklərini işə salırlar.

Diqqət çəkən xüsusi hallardan biri də budur ki, “taksi şofer”liyi edən keçmiş səfir özünə sərf etməyən, yəni Azərbaycanı sevən, ona qəlbən, mənən bağlı olan şəxsləri dostluğunda saxlamır. Amma Aleksandr Lapşin kimi qaraguruhçular onun yaxın dostluğundadır...

Sual olunur, bu adamcıqları nə birləşdirir? Əlbttə ki, ümumi mənafe. Amma bu ümumi sözü sizi aldatmasın. Ümumi mənafe dedikdə onlar şəxsi ambisiyalarını, aqressiyalarını nəzərdə tuturlar. Əsl ümumi mənafe vətən, millət və dövlət acısından olur. Buna isə nə Avropadakı taksi “şoferləri”, nə də ermənidən yana bloqçular və ya küçə uşaqları qadirdirlər…

Elgün
AzNews.az