Aslan İsmayılov Nərmin Şahmarzadəyə dəstək nümayiş etdirib. Aslan İsmayılov Nərmin Şahmarzadəyə dəstək nümayiş etdirib.

Xəyanətkara qahmar çıxan tapıldı: Aslan İsmayılov

Aslan İsmayılov Nərmin Şahmarzadəyə dəstək nümayiş etdirib.

“Hüquq müdafiəçisi” Aslan İsmayılov artıq bir neçə gündür ki, sosial şəbəkələrdə “psixoloq” Nərmin Şahmarzadənin qəhrəman şəhidimiz Mübariz İbahimovla bağlı yazdığı məlum və ictimaiyyətdə hiddət doğurmuş statusuna dəstək göstərib.

"Facebook" sosial şəbəkəsində Nərmin Şahmarzadənin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu “qatil”, “cani” adlandırmasına qarşı çıxan azərbaycanlıları “vətənşivən” adlandıran Aslan İsmayılov, bununla sübuta yetirib ki, xəyanətkar olmaq üçün heç də yaş fərqli rol oynamır.

Onun 1988-ci ildə SSRİ prokurorluğu orqanlarında çalışdığı vaxt Sumqayıt hadisələrində günahı olmayan azərbaycanlılara qarşı ölüm hökmü çıxarılması tələbi ilə ittiham aktını irəli sürməsinin Nərmin Şahmarzadənin bəlli xəyanəti arasında heç bir fərqin olmadığı görünməkdədir. (sia.az)

AzNews.az