"Qarabağı işğaldan azad etmək istəyən..." "Qarabağı işğaldan azad etmək istəyən..."

Tahir Kərimli yenə də himndən danışdı: "Yenidən aranjiman olunacaq"

"Qarabağı işğaldan azad etmək istəyən..."

“Himnlə bağlı müzakirələr mənim əleyhimə yönəldi, amma cəmiyyətimizə xeyirli oldu. Himnin mahiyyəti barədə daha çox məlumatlar əldə edildi. Hazırda məlumat almışam ki, himn beynəlxalq səviyyədə yenidən aranjiman olunacaq”.

AzNews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli deyib. O, bildirib ki, Dağlıq Qarabağı işğaldan azad etmək istəyən bir millətin himni daha əzəmətəli və keyfiyyətli olmalıdır.

Qeyd edək ki, Tahir Kərimli bundan əvvəl çıxışlarının birində himnin həcminin azaldılmasını təklif etmişdi. Onun təklifi birmənalı qarşılanmamış, etirazlara səbəb olmuşdu.

Elgün
AzNews.az