“Düşünürəm ki, orta təhsil sistemi bir qədər sadələşdirilməlidir. Şagirdi bu qədər yükləmək olmaz". “Düşünürəm ki, orta təhsil sistemi bir qədər sadələşdirilməlidir. Şagirdi bu qədər yükləmək olmaz".

"Şagirdi bu qədər yükləmək olmaz" - Siyavuş Novruzov

“Düşünürəm ki, orta təhsil sistemi bir qədər sadələşdirilməlidir. Şagirdi bu qədər yükləmək olmaz".

"Bir gün gedib orta məktəblərin qarşısında duraq və oradan çıxan uşaqların vəziyyətinı tamaşa edək. O uşaqlardan gələcəkdə nə hərbçi, nə əsgər, nə də digər hüquq-mühafizə orqanlarının adam seçib götürmək çətin olacaq”

AzNews.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentdə “Ümumi təhsil haqqında” qanun layihəsinin birinci oxunuşunun müzakirəsi zamanı deyib.

O bildirib ki, vaxtilə idmana, əyləncəyə və təhsilə də vaxt ayrılırdı. Uşaq hərtərəfli inkişaf edirdi^

"Az qala, Cənubi Koreyanı da keçmişik. Uşaq səhər saat 8-dən axşam saat 10- qədər ancaq təhsil almaqla məşğuldur. Cənubi Koreyada bu 12-13 saat çəkir. Düşünürəm ki, burada hansısa sadələşdirmə üsulu tətbiq etməliyik. Valideynlər repitotor tuturlar. Elə valideyn var ki, bu gun nəinki repititor, hətta “çantadaşıyan” da tutur. Çantaların çəkisi 12 kiloqrama çatır. 2-5-ci siniflərdə oxuyan uşaqlar onu özləri apara bilmirlər. Bununla bağlı da hansısa qərar qəbul etmək də lazımdır. Həmişə bu məsələ ciddi şəkildə müzakirə olunur. Dərsliklərə bağlı elan vermək lazımdır ki, kim dərslik yaza bilər və kimlər orada ola bilər? Həmçinin yeni məktəblərin tikilməsinin tərəfdarıyam. Amma bu məktəblər harada tikilməlidir? Elə rayonlar var ki, 153 məktəbi var. Onun 50-sininin hər birində 3 uşaq oxuyur. Ancaq həmin məktəblərin direktoru, müəllimləri və digər texniki işçiləri var. Bunun dünyada tətbiq forması mövcuddur. Beş kəndin uşaqlarını yığıb avtobusla mərkəzə gətrimək olar. İndi biz Amerikadan o tərəfə keçməyəcəyik ki? İnkişaf etmiş dövlətlərdə də bu var. Belə olsa, xeyli vəsaitə qənaət edərik”.

Elgün
AzNews.az