Əylisli yenə hansı mükafatı almaq istəyir?

"Belə sözlər söyləmək o yaşda insana başucalığı gətirmir”.

“Bu adam bu cür fikirlərlə gündəmdə qalmaq istəyir.Yəni, bir sözlə, sərsəmləyir. Sərsəm insana isə cavab vermək lazım deyil, psixi xəstəxanada onun kimiləri o qədərdir ki. Özündən razı, heç kimi bəyənməyən insanların sözlərinə heç əhəmiyyət verilməməlidir. Əkrəm Əylisli artıq Azərbaycan xalqına xəyanət etmiş adamdır. Sağ olsun ki, Prezident onun həbsinə imkan vermədi. Əslində, o, həbs olunmalı adam idi. O, ermənilərin əlaltısıdır. Ə.Əylisli belə fikirləri söyləməklə mətbuatın gündəminə gəlmək və Azərbaycanı istəməyən bəzi beynəlxalq təşkilatlardan qrant, mükafat almaq istəyir. Belə sözlər söyləmək o yaşda insana başucalığı gətirmir”.

Bu fikirləri “Bakı-Xəbər”ə yazıçı Ə.Əylislinin “Azərbaycanda ziyalı yoxdur” fikrini şərh edərkən tanınmış tarixçi-alim, ziyalı, tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı bildirib.

AzNews.az