“Həmin region Azərbaycan tarixinə və elminə böyük xidmətlər göstərmiş insanları bəxş edib”. “Həmin region Azərbaycan tarixinə və elminə böyük xidmətlər göstərmiş insanları bəxş edib”.

Əkrəm Əylislidən naxçıvanlılara ümumi təhqir - əks reaksiyalar çox sərt oldu...

“Həmin region Azərbaycan tarixinə və elminə böyük xidmətlər göstərmiş insanları bəxş edib”.

Müəllifi olduğu “Daş yuxular” adlı kitabı ilə öz millətinin nifrətini qazanan, düşmənimiz olan ermənilərin isə sevimlisinə çevrilən Əkrəm Əylisli yenidən köhnə ampluasına qayıdıb.

Danışmağa üzü olmayan bu adam süni şəkildə ətrafında ajiotaj yaradılan Mehman Hüseynov mövzusuna guya münasibət bildirməklə gündəmə gəlmək istəyib. Elə bu məsələ ətrafında da növbəti qəzəbini, kinini puskürüb. Ə.Əylisli həmin müsahibədə daha da irəli gedərək, naxçıvanlılara ümumi şəkildə “demaqoq” deməklə onları təhqir edib. Ə.Əylisli özünün də naxçıvanlı olduğunu dilə gətirərək, oranın adamlarını xüsusi bir ayama ilə çağırır. Ancaq unudur ki, onun kimilərin nə vətəni, nə milləti, nə də regional mənsubiyyəti olur. Çünki ondan nəinki doğulduğu region, bütün Azərbaycan imtina edib. Ə.Əylislinin səsləndirdiyi sərsəm fikirlərlə bağlı əsl ziyalılar nə düşünürlər?

Professor Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ə.Əylisli növbəti xətasına yol verib:

“Naxçıvan Azərbaycanın ən qədim diyarlarından biri olmaqla yanaşı, həm də qədim Oğuz yurdudur. Həmin region Azərbaycan tarixinə və elminə böyük xidmətlər göstərmiş insanları bəxş edib. Azərbaycanı bölgələrə ayırmaq, müxtəlif bölgələrə hansısa yarlıqları yapışdırmaq milli süura qarşı edilən həqarətdir. Ə.Əylisli belə şeylərdən danışmaqla, hadisələrə müəllifi olduğu “Daş yuxular” əsərinin prizmasından yanaşmaqla böyük yanlışlıqlara yol verir. Bir çox xətaları Azərbaycan cəmiyyətinin ictimai şüurunda mənfi iz buraxan bu adam yenidən özünü hədəfə gətirmiş olur. Ziyalı məsələsinə gəldikdə də yanlışlıq edir. Onun özü də bilir ki, Azərbaycanda gözəl ziyalı sinfi var. Ziyalıların hansısa proseslərdə passiv olmasını tənqid etmək olar, amma ölkədə bir nəfər də olsun ziyalının olmadığını iddia etmək tamamilə yanlışdır. Bu, Azərbaycanın ziyalı sinfinə edilən əsası olmayan bir hücumdur. Ə.Əylislinin bu mövzuda danışmağa heç haqqı da yoxdur. 1988-ci ildə erməni yazıçıları xalqı mübarizəyə səsləyəndə Ə.Əylisli “Drujba narodov” jurnalında beynəlmiləlçiliyi təbliğ edirdi. Mənə elə gəlir ki, Ə.Əylisli etdikləri qəbahətləri ilə bağlı xalqdan əfv diləmək barədə düşünməlidir. Amma o bunun əksini edir. Ölkəmizin dəyərlərinə yeni hücumlarda yer alır. Bir ziyalı xalqı ilə fəxr etməyi bacarmalıdır. Yeri gələndə onu tənqid etmək haqqı var, amma Ə.Əylislinin etdiyi ağır formada təhqirdir”.

AzNews.az