Aksiya iştirakçıları meydançanın heç yarısını da doldura bilmədi Aksiya iştirakçıları meydançanın heç yarısını da doldura bilmədi

Cəmil Həsənli Milli Şuranın mitinqinə gəlmədi

Aksiya iştirakçıları meydançanın heç yarısını da doldura bilmədi

Bu dəqiqələrdə Demokratik qüvvələrin Milli Şurası adlanan qurumun Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilir.

İcazəli aksiya Yasamal rayonu ərazisindəki "Məhsul" stadionunda təşkil olunub.

Mitinqin başlanma vaxtı saat 15:00-a nəzərdə tutulsa da, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin stadiona gec gəlməsi səbəbi ilə 25-30 dəqiqə gec başlayıb.

Milli Şura sədri Cəmil Həsənli isə ümumiyyətlə mitinqə gəlməyib. Onun yerinə kürsüdə "Müsavat" divanının üzvü Tofiq Yaqublu yer alıb.

Mitinqi ənənəvi çıxışla AXCP sədri Əli Kərimli açıb. Sonra Tofiq Yaqublu çıxış edib və Əli Kərimlinin dediklərini təkrarlayıb.

Mitinqdə 800-ə qədər Milli Şura tərafdarı iştirak edir.

Əvvəlcədən razılaşdırıldığı kimi mitinq saat 17:00-a kimi davam edəcək.

AzNews.az