“Ölkəmizin tranzit potensialı yüksəlir” “Ölkəmizin tranzit potensialı yüksəlir”

Azərbaycan İran-Rusiya münasibətlərində udan tərəfdir - İlqar Vəlizadə

“Ölkəmizin tranzit potensialı yüksəlir”

“Rusiya təkcə İranla yox, Türkiyə və digər müttəfiqləri ilə də ticarət dövriyyəsində dollardan imtina edib”.

Bunları İranla Rusiyanın ticarət dövriyyəsində dollardan imtina etməsi ilə bağlı AzNews.az-a danışan poitoloq İlqar Vəlizadə deyib.

O bildirib ki, dollardan imtina təsərrüfat subyektləri üçün də müəyyən güzəştlər gətirir:

“Yəni həmin vaxt itkisinin qarşısını almaq imkanını yaradır. Onlar öz valyutalarını dollara çevirib, sonra əməliyyatlar aparmırlar. Bu yerli valyutaya tələbatın azalmasının qarşısının alınmasına da imkan yaradır. Həmin pulların möhkəmlənməsinə gətirib çıxarır. İranın rialı çox böyük təzyiqlərə məruz qalırdı. Buna görə də devalvasiya yaşandı. Rusiya kimi dövlətlə ticarət dövriyyəsində yerli valyutaya keçmək İrana imkan yaradıb ki, rialı bu və ya digər şəkildə tənzimləyə bilsin. Amma onu qeyd etmək lazımdır ki, Rusiya-İran ticarət dövriyyəsi bir o qədər də böyük rəqəmlərlə ölçülmür. Təxminən 1 milyard yarım 2 milyarda yaxındır. Bu da, əslində, həm İranın, həm də Rusiyanın xarici ticarət dövriyyəsində çox balaca rəqəmdir”.

Politoloq hadisənin regiona, eləcə də Azərbaycana təsirlərindən danışarkən Azərbaycanın udan tərəf olduğunu qeyd edib:

“Dolayı yolla, yəni Rusiya-İran münasibətlərində, o cümlədən regionda Şimal-Cənub nəqliyyat dəhlizinin həyata keçirilməsində onun rolu var. Ona görə Azərbaycan da müəyyən rol oynayır. Belə ki, Azərbaycan indi İran Astarasında terminal inşa edir. Həmin terminalın əsas funksiyası Rusiyanın mallarının bu terminala yerləşdirilməsi İran bazarına və yaxın bazarlara satmaqdan ibarətdir. Azərbaycan da İran Rusiya münasibətlərinin inkişafında udan tərəfdir. Beləliklə, Azərbaycanın tranzit potensialı yüksəlir”.

İ.Vəlizadə ABŞ-ın dollardan imtina edildiyi üçün hiddətlənərək sanksiyaların təsirini artırıb-artırmayacağı barədə isə belə deyib:

“Sanksiyaları artıracaq. Amma bilirik ki, bu ikitərəfli ticarət mübadiləsinə bir o qədər də təsir göstərməyəcək. Çünki İran Rusiyaya daha çox kənd təsərrüfatı mallarını satır. Rusiya isə İrana xüsusi malları, atom enerji stansiyalarına komponentləri, yaxud da yüksək emal səviyyəsi olan malları satır. Ona görə də sanksiyalar birbaşa bu münasibətlərə təsir göstərməyəcək”.

Pərvanə Ağazadə
AzNews.az