Prezidentin səsləndirdiyi fikirlər milli mətbuatımızın yüksək qiymətləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Prezidentin səsləndirdiyi fikirlər milli mətbuatımızın yüksək qiymətləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.

"İlham Əliyev Azərbaycan mediasına həmişə böyük dəstək göstərib"

Prezidentin səsləndirdiyi fikirlər milli mətbuatımızın yüksək qiymətləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin milli mətbuatımıza müsahibəsi bir çox mühüm cəhətlərilə yadda qaldı. Hər şeydən öncə müasir dövrdə beynəlxalq münasibətlərin real vəziyyəti və bu vəziyyətdə beynəlxalq münasibətlərin iştirakçısı olan milli dövlətlərin davranışlarını təhlil edərək bu prosesdə Azərbaycanın yeri və rolu məsələlərinə toxundu. Məhz bu kontekstdə media institutu və onun fəaliyyətini önə çəkən Prezident Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində transmilli media resurslarının fəaliyyətini obyektiv qiymətləndirərək onları qlobal informasiya məkanında rəy formalaşdıran institusional vahidlər kimi təqdim etdi".

Bunu Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu Prezident İlham Əliyevin "Real TV"yə müsahibəsini AzNews.az-a şərh edərkən dedi.

Onun sözlərinə görə, prezident xarici media ilə ünsiyyətin intensiv olmasını da bu məsələ ilə əlaqələndirərək transmilli medianın imkanlarından istifadə etməklə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının vacibliyini vurğuladı:

"Ümumiyyətlə, milli mətbuatımızı və onun fəaliyyətini bir daha yüksək qiymətləndirən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan mediasına həmişə böyük dəstək göstərib. Media nümayəndələri ilə çoxsaylı görüşləri bunun əyani sübutudur və həmişə çalışıb ki, öz işi ilə medianın inkişafına dəstək versin. Prezident İlham Əliyev bəyan etdi ki, öz işində mediadan gələn xəbərlərə istinad edir, bəzi hallarda mediadan bir çox məsələləri öyrənir və dərhal reaksiya verir. Bu fikirlər istər milli mətbuatımızın fəaliyyətinin yüksək qiymətləndirilməsi, istərsə də onun gələcək inkişafı baxımından olduqca əhəmiyyətlidir. Bununla yanaşı biz bilirik ki, mətbuat hər bir cəmiyyətdə fikir plüralizimini, söz azadlığını təmin edən ictimai institutlardan biri kimi çıxış edir və əslində, bu fikirlər ölkəmizdə söz və mətbuat azadlığının təmin olunmasının, mətbuatın, xüsuslilə də çap mətbuatının və internet resurslarında mövcud olan müxtəlif yeni mətbu nümunələrin problemlərinin həlli məsələlərinin, jurnalistlərin məişət və sosial problemlərinin bundan sonra da Prezidentin diqqət mərkəzində olacağına işarə idi".

H.Babaoğlu vurğuladı ki, ümumiyyətlə, Prezident İlham Əliyev öz müsahibəsində hazırki beynəlxalq münasibətlər və onun gücə əsaslanan yeni reallıqlarından tutmuş, ölkəmizin uzun illərdir məhz güc mərkəzinə çevrilməsi üçün həyata keçirdiyi milli strategiyaya qədər, eyni zamanda, beynəlxalq iqisadi layihələri uğurla həyata keçiməyimizdən xalq-iqtidar birliyinə qədər, sosial siyasət, aqrar sektorun inkişafı və s. kimi mühüm məsələlərə toxunaraq bundan sonra da islahatların davam etdiriləcəyini bildirdi. Bütün bunları milli maraqlarımızın təmin olunması istiqamətində atılan addımlar kimi xarakterizə etdi.

Elgün
AzNews.az