"Macar yəhudisi Sorosun fondu bir Azərbaycanlı gəncin İrana səfərini niyə maliyyələşdirsin?" "Macar yəhudisi Sorosun fondu bir Azərbaycanlı gəncin İrana səfərini niyə maliyyələşdirsin?"

"Leyla Yunusun bu fikirləri qrant layihəsinin məlumat bölməsinin doldurulması üçündür" - Yeganə Hacıyeva

"Macar yəhudisi Sorosun fondu bir Azərbaycanlı gəncin İrana səfərini niyə maliyyələşdirsin?"

Bundan öncəki son iki yazım beynəlxalq QHT lər və onlardan təsir və təzyiq vasitəsi kimi istifadə edilməsi haqqında idi. Oxuculardan çoxlu sualların olmasını nəzərə alaraq və ən əsası təsvir etdiyim tablonun tam olması üçün bu mövzunu davam etdirmək, beynəlxalq QHT-lərin daxildən təsir üsulları haqqında yazmaq qərarına gəldim.

Təxminən 2009-cu il idi və mən İstanbulda qatıldığım Yaxın Şərq regionu üzrə təhlükəsizlik riskləri mövzusunda bir konfransda regionun qaynar ocaqları və onları doğuran səbəblər, alətlər haqqında elə bu ölkələrin QHT nümayəndələrinin özlərindən geniş məlumat almaq imkanım olmuşdu.

Hələ onda nə Tunisdə, nə Misirdə nə də Suriyada regionu qana çalxalayan hadisələr baş verməmiş və regionda qaynar ocaq kimi ancaq İraq var idi. Bu konfransda Ahməd adlı Misirli QHT rəhbəri öz ölkəsinin keçmişi və indiki siyasi vəziyyəti haqqında geniş danışdı. Söhbətdən aydın oldu ki, beynəlxaq donor təşkilatların onun ölkəsində maliyyələşdirdiyi QHT lərin əsas yükü məhz islam icmaları və mühafizəkar dini qruplarla iş sahəsidir.

Mənim "bu sahədə aparılan işlərin real nəticəsi varmı" sualıma, həmsöhbətim" maliyyələr çoxaldıqca qruplar daha da radikallaşdı" cavabını verdi. Söhbət əsnasında Ahməd bildirdi ki, beynəlxaq donor təşkilatların maliyyəsi ilə Misir cəmiyyətinin müasir dövrü üçün xarakterik olmayan, üzvləri və rəhbərləri qonşu müsəlman ölkələrinin dini məktəblərində "təhsil" təlim almış "6 Aprel Qardaşlığı" və rəhbəri ABŞ da təhsil almış "Müsəlman Qardaşları" kimi mühavizəkar qruplar demokrat və demokratiya imicində Misir cəmiyyətinə ixrac olundular. Bu konfransdan cəmi iki il sonra Misirdə də Yaxın Şərqdə qanlı hadisələrlə müşaət olunan çevrilişlər baş verdi. Misirdəki hadisələri bir cümlədə ifadə etsək, "6 Aprel Qardaşlığı" üzvlərinin təxribatları ilə başlayan proseslərdə böyüdü, qanuni prezident və dövlətin dünyəvi üsul-idarəsi devrildi və yerinə uzun illər ABŞ vətandaşlığı olmuş Müsəlman Qardaşları hərəkatının rəhbəri Mursinin qısa müddətli hakimiyyəti bərqərar oldu. Bütün bunları yazmaqda məqsədim heç də Yaxın Şərq regionunda baş verənləri təftiş etmək deyil, sadəcə bu ölkələrdə beynəlxalq QHT-lərin, onların yerli nümayəndələrinin iştirakı ilə planlaşdırılan, kənar təsirlərlə həyata keçirilən proseslərlər haqqında söz açmaq idi.

Təxminən eyni illərdə Azərbaycandan bir QHT rəhbəri və həyat yoldaşının yenə də beynəlxalq təşkilatların maliyyəsi ilə yazılmış, Azərbaycanda dünyəvi üsuli idarənin möhkəm olmaması, ölkədə cəmiyyətin mütləq çoxluğunun dini üsul-idarənin rəğbətlə qarşılayacağı haqqında yazılmış bir kitabını oxudum. Kitabı Sorosun "açıq cəmiyyət" donor təşkilatının maliyyə dəstəyi ilə Arif Yunus yazmışdı. Kitabı oxuyanda paralel olaraq Soros fondunun bu qədər qeyri ciddi mövzulu kitabı niyə maliyyələşdirməsi haqqında fikirləşmişdim. Həmin illərdə Azərbaycanda hələ də fəaliyyət göstərən Sorosun "Açıq Cəmiyyət" fondunun təşkil etiyi" gənclərin siyasi aktivlik mövzusunda tədbirində, fondun icraçıları ər arvadın radikal dini qruplardan olması, qrant almaq üçün müraciət edənlərin arasında belə dini qrupların nümayəndələrinin çoxluğunu görəndə, artıq mənə bu mövzunun Azərbaycanda qabardılmasının Soros fondunun prioriteti və məqsədi olması aydın idi. Fond hətta xaricdə dini təhsil və təlimlərlərdə iştirak üçün səyahət qrantlarının verilməsini də həyata keçirirdi , ancaq burda ədalət naminə demək lazımdır ki, bu istiqamətdə onlar çox da ayrıseçkilik etmir , yerli dini qrupların nümayəndələrinin də qonşu ölkələrə səyahətlərini qeyri rəsmi maliyyələşdirirdilər. Belələrini isə adətən qeyri rəsmi "dost xidmət " adı altında , "xahişlər" əsasında həyata keçirirdilər. Belə səyahət qrantlarının arasında İrana səyahət olmasını eşidəndə lap şok olmuşdum.

Macar yəhudisi Sorosun fondu bir Azərbaycanlı gəncin İrana səfərini niyə maliyyələşdirsin?

Fond Azərbaycanda demokratiya və bərabərlik əsaslı açıq cəmiyyət fəlsəfəsi adı altında, yerli dini təsəvvürlərdən fərqli radikal dini qrupların formalaşdırılması, inkşafı və siyasiləşməsinə təkan verəcək istiqamətdə fəaliyyət göstərirdi. Misirli QHT rəhbəri Əhmədin fikirləri ilə desək, beynəlxaq donor təşkilatlar maliyyəsi ilə Azərbaycan cəmiyyəti üçün spesifik olmayan, üzvləri və rəhbərləri qonşu müsəlman ölkələrinin dini məktəblərində "təhsil və təlim" keçən siyasi gənclərin formalaşmasında, bir sözlə Azərbaycanda dinin siyasiləşməsində iştirak edirdi. Arif Yunusun Azərbaycan cəmiyyətinin dövlətin üsuli idarə baxışlarında dini üsula üstünlük verməsi haqqında cəfəng fikirlərinin daha sonrakı illərdə bir sıra beynəlxalq təşkilatların hesabatlarına salınması cəhdlərinin və onların rəsmilərinin şifahi ifadələrindən dəfələrlə eşitdik.

Uzun illər Arif Yunus və həyat yoldaşının adəti üzərə şübhəli dini dairələrlərə bağlılığı sübüta yetirilmiş şəxslərin həbslərini də separatçıları, metro partladan terroristlər və s. kimi şəxsləri həbsini siyasiləşdirməsinin şahidi olmuşuq. Bu günlərdə Leyla Yunusun mühacir saytların birinə verdiyi müsahibəsində Nardaran hadisələrinə görə həbs edilmiş Taleh Bağırzadə haqqında fikirlər söyləmiş, onu öz qaradərili xalqını ağ dərili yadellilərdən xilas etmiş Nelson Mandellaya oxşatmışdır. Burda qeyd edim ki , Leyla Yunusun həbs olunan şəxsləri Mandellaya oxşatması ilk dəfə deyil , o bu oxşatmanı daha öncələr də bir neçə həbsdə olan şəxs haqqında, İlqar Məmmədov və başqaları haqqında söyləmişdi. Beynəlxalq təşkilatların qrant hesabatlarında, verilmiş məbləğlər və məqsədləri haqqında bölməsındə Leyla Yunus və ailə üzvlərinin adını bu fikirlərdən az sonra qrant alanların siyahisinda görərkən, bu fikirlərin nəyə xidmət etməsi aydın olur. Qeyd edim ki qrantların əsaslandırması üçün, bu istiqamətdə daha öncəki fəaliyyəti sübüt etmək istiqamətində yazılı və video materiallar təqdim olunması təcrübəsi mövçuddur. Beynəlxaq təşkilatların qrant müraciətlərin qəbulunun məhz ilin əvvəlində nəzərdə tutulmasını diqqətə alsaq, Leyla Yunusun bu fikirləri adəti üzərə yenə də ayrı bir qrant layihəsinin məlumat bölməsinin doldurulması üçün nəzərdə tutulması aydın olur.

Burda həmçinin Leyla Yunusların bu oxşatmasının nə qədər səmimi olması haqqında qeyd etmək lazımdır. Nelson Mandella öz ölkəsi və xalqının real lideri olmuş, xalqını yadelli hakimiyyətdən qorumaq üçün uzun illər həbsdə yatmış, real dinc mübarizə aparmış, bu yolda kənar təsirlərə məruz qalmamış, kənardan dəstək almaq üçün yadelli dini liderlərin əlini öpüb, onlardan təlimat almamışdır.

Yeganə Hacıyeva

Beynəlxlaq hüquq və münasibətlər üzrə ekspert.

AzNews.az