"İlham Əliyev hakimiyyətinin qazandığı hər bir uğur onların siyasi iflasını dərinləşdirir" "İlham Əliyev hakimiyyətinin qazandığı hər bir uğur onların siyasi iflasını dərinləşdirir"

“Axırda yabalaşmaya çıxıblar” - Əli Həsənov

"İlham Əliyev hakimiyyətinin qazandığı hər bir uğur onların siyasi iflasını dərinləşdirir"

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov “Facebook” səhifəsində “Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları” sərlövhəli məqaləsini yerləşdirib. Əli Həsənov məqalədə bildirib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən bir çox islahatların nəticəsi kimi son aylarda büdcəmizin artan imkanlarını sosial problemlərin həllinə yönəldilməsi, iqtisadi liberallaşmanın sürətlənməsi, siyasi plüralizmin genişlənməsi və bütövlükdə ölkəmizdə insan kapitalının sürətli inkişafına xidmət edən çoxsaylı qərarlar qəbul edilməsindən sonra xarici anti-Azərbaycan qüvvələr daha da fəallaşıblar:

“Bu qüvvələr xaricdəki anti-Azərbaycan şəbəkəsi və ölkəmizin daxilindəki “beşinci kolonu”, bir çox digər uzantılarını, o cümlədən Əli Kərimlini və onun qrupunu fəallaşdıraraq işə qoşublar”.

Prezidentin köməkçisinin sözlərinə görə, Əli Kərimlinin xaricdə mənzil tapan internet resurslarından birinə müsahibə verərkən Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan hakimiyyətinin həyata keçirdiyi effektli siyasəti öz merkantil maraqları çərçivəsində şərh etməyə çalışması məhz həmin şəbəkənin fəaliyyətinin bir təzahürüdür:

“Bəri başdan qeyd edim ki, Əli Kərimlinin müsahibədə səsləndirdiyi fikirlərin hamısı əsassız, reallıqdan uzaq, onun daxili aləminin inikası olmaqla, dövlətə və xalqa son dərəcə yad münasibətinin, ikrahla yanaşmasının ifadəsidir. İrəli sürdüyü və heç bir arqumentə tab gətirməyəcək iddialarının əsasında dayanan motiv də aydındır. O, hər vəchlə hakimiyyət və onun həyata keçirdiyi siyasət barədə cəmiyyətdə formalaşmış müsbət rəyi qaralamağa çalışır”.

Əli Həsənov yazıb:

“Görünən reallıq odur ki, istər daxili siyasətdə, istərsə də diplomatik müstəvidə İlham Əliyev hakimiyyətinin qazandığı hər bir uğur Əli Kərimli və bu tipli insanların siyasi iflasını dərinləşdirir, onları cəmiyyətin dinamikasından geridə qoyur, ictimaiyyətin diqqət mərkəzindən uzaqlaşdırır. Belə olan halda isə, onlar özlərini nəinki hakimiyyət uğrunda mübarizənin real subyekti kimi təqdim edə bilmirlər, hətta əbədi müxalifət titulunu da itirmək təhlükəsi ilə üzləşərək xaricdən ötürülən maliyyələrdən məhrum olacaqlarını real təhlükə kimi gözlərinin qarşısına alırlar. Odur ki, sağlam müxalifətçilik zehniyyəti ilə yürüdülən siyasəti təhlil etmək, əgər varsa, onun nöqsanlarını göstərmək, mümkün çətinliklərə diqqət çəkmək, bu yolla müəyyən düzəlişlərə nail olmaq deyil, həmin siyasətin gerçəkləşməsi üçün zəruri olan resurs və alətləri sıradan çıxarmağa, müsbət indikatorları zərbə altına salmağa çalışırlar. Qara niyyətlərinə ağ yalanlarla heç cür bəraət qazandıra bilmədikləri hallarda isə, iddia etməyə başlayırlar ki, guya, Azərbaycan hakimiyyətinin son qərarları və addımları yanvarın 19-da müxalifətin keçirdiyi etiraz aksiyasının nəticəsidir”.

Prezident Administrasiyasının rəsmini müxalifətin yanvarın 19-da keçirdiyi mitinqin heç də iddia edildiyi qədər gur olmadığına, həmin aksiyada müxalifət liderlərinin yeni platforma ortaya qoya bilmədiklərinə diqqət çəkib:

“Axı, ölçüsü, tutumu hər kəsə bəlli olan bir meydanda üç-beş min adamın iştirak etdiyi mitinq tribunasından hansı dəyərli və təzə fikir səsləndi, yeni proqram açıqlandı, hansı fərqli yol xəritəsi elan edildi ki, Azərbaycan hakimiyyəti onlara xüsusi diqqət yetirməli oldu? Doğrudanmı, bu adamlar sadə riyazi hesablamalar apara, bütün güclərini ortaya qoyub “Məhsul” stadionuna yığdıqları bir neçə min adamın Azərbaycanda elektoratın son dərəcə cüzi, sıfra yaxın bir hissəsini təşkil etdiyini, tərəfdarlarının, hətta ölkədə mövcud olan seçki məntəqələrinin sayından da az olduğunu görə bilmirlər? Onlar görməsə də, Azərbaycan cəmiyyəti hər şeyi yaxşı görür! Azərbaycan cəmiyyəti yaxşı görür ki, 25 ildən artıq bir müddətdə müxalifət düşərgəsində ərsəyə gətirilən “birlik formatları”nın hər biri mövsümi xarakter daşıyıb, fəslin başında “bu dəfə gəlirik” deyə bir-birinə ümid və təsəlli verənlər axırda yabalaşmaya çıxıblar”.

AzNews.az