Əli Orucovun keçmiş AMİP-çilərlə tez-tez görüşməsi bir sıra ehtimallar doğurur. Əli Orucovun keçmiş AMİP-çilərlə tez-tez görüşməsi bir sıra ehtimallar doğurur.

İlqar Məmmədov AMİP-ə qayıdır və partiya sədri olur – Sensasion iddia

Əli Orucovun keçmiş AMİP-çilərlə tez-tez görüşməsi bir sıra ehtimallar doğurur.

AzNews.az-ın məlumatına görə, Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov REAL partiyasının sədri İlqar Məmmədovla görüşüb.

Görüş zamanı keçmiş partiyadaşlar ictimai-siyasi məsələləri müzakirə ediblər. Ə.Orucov bu görüş barədə sosial şəbəkədə belə yazıb: “Dəyərli dostumuz Real Partiyasının lideri İlqar Məmmədovla görüş mehriban, maraqlı və məhsuldar keçdi”.

Mötəbər mənbədən aldığımız məlumata görə, AMİP funksioneri Əli Orucovun sabah vaxtilə Azərbaycan Milli İstiqlal Partiyasının Baş katibi olmuş, hazırda Böyük Azərbaycan Partiyasına sədrlik edən Elşad Musayevlə görüşəcək.

Onun keçmiş AMİP-çilərlə tez-tez görüşməsi isə bir sıra ehtimallar doğurur. Təxmin etmək çətin deyil ki, AMİP siyasi proseslərdə daha aktiv iştirak etməyi düşünür. Başqa bir sensasion iddiaya görə, bəzi milli istiqlalçılar vaxtilə həmin partiyada Etibar Məmmədovun müavini olmuş İlqar Məmmədovun geri qayıtmasını, təşkilata sədrlik etməsini təklif edirlər. Əli Orucovun İlqar Məmmədova "partiyaya qayıt, sədr ol" təklifi ilə görüşdüyü inandırıcı olmasa da, onların söhbətində müəyyən əməkdaşlıq ideyalarının müzakirə olunduğu dəqiqdir.

Məlum olduğu kimi, hazırda AMİP lideri Etibar Məmmədov faktiki olaraq aktiv siyasi fəaliyyətdə deyil, partiya sədri postu isə boşdur. Digər tərəfdən, REAL da partiya kimi qeydiyyata alınmayıb. AMİP isə ölkədə ilk qeydə alınan siyasi pariyalardan biridir.

Elmir Ramizoğlu,

AzNews.az

image description