"AMİP-in özündə partiya sədrliyinin öhdəsindən gələ biləcək kadrlarımız var" "AMİP-in özündə partiya sədrliyinin öhdəsindən gələ biləcək kadrlarımız var"

"İlqar Məmmədovla görüşdük və..." - Əli Orucovdan açıqlama

"AMİP-in özündə partiya sədrliyinin öhdəsindən gələ biləcək kadrlarımız var"

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucovun bu günlərdə REAL partiyasının sədri İlqar Məmmədovla görüşüb. Həmin görüş belə bir ehtimal yaradıb ki, İ.Məmmədov AMİP-ə geri qayıdır və partiyanın sədri olur.

AzNews.az Əli Orucovla əlaqə saxlayaraq məsələyə aydınlıq gətirib:

- Cənab Orucov, İlqar Məmmədovla görüşünüz təsadüf idimi?

- İlqar azadlığa çıxandan sonra onunla görüşmək imkanım olmamışdı. Biz uzun müddət bir yerdə işləmişik, bir partiyada olmuşuq. Həm ona gözaydınlığı vermək, həm də onun partiyasının imzatoplama kampaniyasına dəstək üçün bu görüş baş tutdu. Görüşdə müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi apardıq.

- İlqar Məmmədovun AMİP-ə qayıtması ilə bağlı da fikir mübadiləsi apardınızmı?

- Yox, qətiyyən bu barədə bir fikir yoxdur. Birincisi, İlqar məmmədovun özünün ayrıca partiyası var, ikincisi də belə bir şeyə lüzum görmürəm. Deyirlər ki, guya İlqar Məmmədov AMİP-ə qayıdır, sədr olur. Qətiyyən belə bir şey yoxdur, bu söyləntilər həqiqəti əks etdirmir. Həm də AMİP-in özündə partiyanın sədrliyinin öhdəsindən gələ biləcək kadrlarımız var. Bu kadrlardan birinə partiya qurultayı öz etimadını göstərəcək.

- Gələcəkdə hansısa formada AMİP-lə REAL-ın və ya birbaşa İlqar Məmmədovun əməkdaşlığı nəzərdə tutulurmu?

- Gələcəkdə çox şey ola bilər, hər bir dövrün öz tələbləri var. Konkret nə olacaq, nə olmayacaq, bunu deyə bilmərik. Amma hər halda müxalifətdaxili inteqrasiyanın, birliklərin yaranması, əməkdaşlığın dərinləşməsi ümumi maraqlarımıza xidmət edir. Ona görə də hər şey mümkündür.

Elgün MƏNSİMOV

AzNews.az