"İctimai sifariş olmadan mütləq mitinq keçirməyə cəhd etmək doğru deyil" "İctimai sifariş olmadan mütləq mitinq keçirməyə cəhd etmək doğru deyil"

"Məqsəd ictimai mənafeni təmin etməkdir"

"İctimai sifariş olmadan mütləq mitinq keçirməyə cəhd etmək doğru deyil"

"Azərbaycan demokratik ölkədir və ən müxtəlif siyasi dünyagörüşün daşıyıcıları olan fərdlər və təşkilatlar öz fikirlərini sərbəst şəkildə ifadə edə bilirlər. Bu, mitinqlər, yazılı bəyanatlar, mətbuat və s. vasitələrlə həyata keçirilir və bütün demokratik ölkələrdə də belədir. Yalnız mitinqlər şəklində kütləvi tədbirlərin keçirilməsində israr edənlər varsa, o zaman gərək onlar mütləq ictimai asayiş, onun qorunması və digər ictimai maraqlarla bağlı mənafelərin təmin olunmasını da nəzərə alsınlar" .

Bunu AzNews.az-a müxalif qüvvələrin 23 fevralda planlaşdırdıqları aksiyaya Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən icazə verilməməsi barədə danışan deputat Hikmət Babaoğlu dedi.

O, təəssüf hissi ilə bildirdi ki, bəzən bizdə mitinqlər zamanı qanunun tələbləri və ictimai əsayiş mitinq iştirakşıları tərəfindən pozulur və bu da digər vətəndaşlarımızda haqlı narazılıq yaradır:

"Görünür, Bakı Şəhər İcra Hakimiyyəti də bu nüansları nəzərə alaraq mitinqə icazə verməyib. Düşünürəm ki, burada məqsəd hansısa hüquqları məhdudlaşdırmaq deyil, tam əksinə, ümumi ictimai mənafeni təmin etməkdir. Biz bundan əvvəlki mitinqlə bağlı xeyli sayda qanun pozuntusu faktları bilirik ki, onların araşdırılması və təkrar olunmaması üçün müvafiq tədbirlərin görülməsi lazımdır. Ona görə də elə bir xüsusi ictimai sifariş olmadan mütləq mitinq keçirməyə cəhd etmək də doğru deyil. Hazırda çoxsaylı informasiya və internet resursları var ki, onlar vasitəsilə istənilən müxalif fikri geniş auditoriyaya kütləvi şəkildə çatdırmaq olur. Böyük şəhərlərdə ictimai ahəngdarlığı pozmamaq üçün belə yeni metodlardan istifadə etmək daha məqbul hesab edilə bilər".

AzNews.az