Eyni istilik, eyni doğmalıq və eyni qayğıkeşlik... Eyni istilik, eyni doğmalıq və eyni qayğıkeşlik...

Kür daşqını, Şimal-qərb zəlzələsi və Şamaxı fəlakəti – İlham Əliyevin reaksiyası – Nə dəyişib?

Eyni istilik, eyni doğmalıq və eyni qayğıkeşlik...

“Mütləq burada, yanınızda olmalı idim ki, ilk növbədə, sizə öz dəstəyimi göstərim, digər tərəfdən, vəziyyətlə tanış olum. Dağıntılar var, xoşbəxtlikdən insan ölümü olmayıb. Onu da bildirməliyəm ki, bütün qəzalı evlər qısa müddət ərzində ya bərpa ediləcək, ya da yenidən tikiləcək. Müvafiq Sərəncam imzalanacaq, Prezidentin ehtiyat fondundan vəsait ayrılacaq”.

Bunu Prezident İlham Əliyev bu il fevral ayının 5-6- da Şamaxı şəhərində baş vermiş zəlzələdən zərər çəkmiş yerli sakinlərlə görüşü zamanı deyib. Dövlət başçısının bu sözləri 9 il əvvəl – 2010-cu ilin may ayının 11-də Sabirabad sakinləri ilə görüşünü, daha doğrusu orada dediklərini xatırladır. Bu, o adamlar idi ki, Kür daşqınlarından zərər çəkərək müvəqqəti olaraq Şirvan şəhərində salınmış çadır düşərgəsində məskunlaşmışdılar. Prezidentin Şamaxı sakinləri ilə isti söhbəti, doğma münasibəti əks etdirən davranışları onun vətəndaşa, xalqa xidmət xüsusunda 15 il əvvəl elan etdiyi siyasətin dəyişməz olaraq qaldığını göstərirdi. Dövlət başçısının 2010-cu ildə Kür daşqınlarından zərər çəkmiş insanlarla söhbəti zamanı dediklərinə diqqət edək: “Narahat olmayın, sizə hər cür kömək göstəriləcəkdir. Sizin üçün burada hər cür şərait yaradılmışdır. Hər birinizə, hamınıza kömək ediləcəkdir. Bir adam da köməksiz qalmayacaqdır. Sizi burada müvəqqəti məskunlaşmısız. Tapşırıq vermişəm ki, sizə yaxşı baxsınlar, yeməklə təmin etsinlər, tibbi xidmət göstərsinlər. Sizin dağılmış evləriniz bərpa ediləcəkdir. Yaranmış vəziyyətlə əlaqədar müşavirə keçirmişəm və bu gün də gəlmişəm ki, görüm vəziyyət necədir. Narahat olmayın, bütün evlər bərpa olunacaq, sizə kompensasiya ödəniləcəkdir”.

9 il ötüb, Prezidentin xalqına münasibəti, vətəndaşın probleminə yanaşma qaydaları dəyişməyib. – Eyni istilik, eyni doğmalıq və eyni qayğıkeşlik.

Dövlət başçısının 2012-ci ilin may ayında şimal-qərb bölgəsində baş vermiş zəlzələdən zərər çəkmiş sakinlərlə görüşünü də xatırlayırsınızmı? Onda da Prezident fəlakət zonasına şəxsən baş çəkib vəziyyətlə yerində tanış olaraq, eynilə Şamaxıda olduğu kimi vətəndaşın probleminə xüsusi həssaslıqla yanaşmışdı.

Prezidentin 7 il əvvəlki çıxışından: “Təbii fəlakət baş verib. Gərək hələlik müvəqqəti olaraq bu çadırlarda qalasınız. Amma tezliklə bütün evlər bərpa ediləcəkdir. Göstərişlər verilib, vəsait ayrılıb. Görəcəksiniz, qısa müddət ərzində bundan da yaxşı evlər tikiləcəkdir. Məktəblər, sosial obyektlər dağılıb. Onlar da bərpa ediləcəkdir. İndi ərzaq təchizatı, tibbi xidmət vacib məsələlərdir. Göstəriş vermişəm, bu məsələlərə də baxılacaqdır. Yəni, biz bu məsələlərə hərtərəfli yanaşırıq. Elə etməliyik ki, insanlar əziyyət çəkməsinlər”.

7 il ötüb, Prezidentin xalqına münasibəti, vətəndaşın probleminə yanaşma qaydaları dəyişməyib. – Eyni istilik, eyni doğmalıq və eyni qayğıkeşlik.

Prezident İlham Əliyevin bu il fevralın 7-də Şamaxı sakinləri ilə görüşü zamanı dedikləri istər-istəməz onun illər əvvəlki çıxışlarını və verdiyi vədlərə uyğun olaraq atdığı addımları göz önünə gətirdi. Bir daha hər kəsə aydın oldu ki, dövlətin sosial siyasəti mövsümi qaydalarla deyil, xüsusi proqramlarla tənzimlənir. Prezident bu gün olduğu kimi dünən də xalqı ilə birlikdə idi. Bu gün vətəndaşa göstərdiyi diqqət və qayğı dünənin də reallıqları sırasında idi. 7 il əvvəl, Zaqatalada dediklərini xatırlayaq: “Həmişə xalqla birlikdəyəm, birlikdə də olacağam. Yaxşı günlərdə də, ağır günlərdə də. Bir daha demək istəyirəm ki, bugünkü Azərbaycan dövləti çox böyük potensiala malikdir. Həm dünya miqyasında, həm bölgədə, regionda mövqelərimiz möhkəmdir. Ölkə daxilində də vəziyyət yaxşıdır. İqtisadi imkanlarımız, güclü iradəmiz var və bizim siyasətimizin mərkəzində insan dayanır, Azərbaycan vətəndaşı dayanır”.

Prezident İlham Əliyev Şamaxıda baş vermiş zəlzələdən zərər çəkmiş insanlara görüşündə dedikləri ilə, fəsadların aradan qaldırılması istiqamətində atdığı addımları, göstəriş və sərəncamları ilə nümayiş etdirdi ki, illər öncə elan etdiyi siyasətə sadiqdir və bu illər ərzində vətəndaşa xidmət siyasəti vahid xəttə söykənib.

2016-cı ilin aprel ayının əvvəllərində Ermənistan silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarında qoşunların təmas xəttinə yaxın olan yaşayış məntəqələrini iriçaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində bir çox evlərə də ciddi ziyan dəymişdi. Dövlət başçısı onda da xalqının yanında oldu, cəbhə bölgəsinə səfər edərək düşmən güllələri və mərmilərinin törətdiyi fəsadlarla yerində tanış olaraq, “Dövlət yanınızdadır, Prezident yanınızadır! Bütün problemlər aradan qaldırılacaq” dedi. Elə həmin ilin sonunda bir daha cəbhə bölgəsinə səfər edərək yenidəqurma və bərpa işləri ilə tanış oldu.

3 il ötüb, Prezidentin xalqına münasibəti, vətəndaşın probleminə yanaşma qaydaları dəyişməyib. – Eyni istilik, eyni doğmalıq və eyni qayğıkeşlik!

Bu illər ərzində vətəndaşın da Prezidentə münasibətində heç nə dəyişmədi. Xalq dünən olduğu kimi, bu gün də İlham Əliyevə inanır, onu özününkü – doğması bilir. Təsadüfi deyil ki, dövlət başçısının yerlərdə görüşü zamanı vətəndaşların ona münasibəti əsasən bu şəkildə ifadə olunur: “Allah sizi başımızın üstündən əskik etməsin!”

Bəzən bir şəkil yüz sözü əvəz edə bilir. Odur ki, şəkillərə də diqqətlə baxın, görəcəksiniz ki, heç nə dəyişməyib – Eyni istilik, eyni doğmalıq və eyni qayğıkeşlik!

Nicat DAĞLAR

image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description