"Müxalifətdəki bütün daxili çəkişmələrin baiskarı məhz Əli Kərimlidir". "Müxalifətdəki bütün daxili çəkişmələrin baiskarı məhz Əli Kərimlidir".

"Əli Kərimli özünü monopolist zənn edə bilər, amma..." - Razi Nurullayevdən sərt açıqlama

"Müxalifətdəki bütün daxili çəkişmələrin baiskarı məhz Əli Kərimlidir".

"İndiyə qədər baş verən prseslərdə Əli Kərimlinin dediyi sözlərdə ciddi məntiq olmayıb. Ümumi olaraq, bu adam Azərbaycanın inkişafı, müxalifətin birləşməsi üçün əlini heç vaxt ağdan qaraya vurmayıb. Əksinə, həmişə müxalifətin birləşməsində, bir-birinə inteqrasiyasında problem yaradan bir şəxs kimi çıxış edib".

Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev dedi. O, AXCP sədri Əli Kərimlinin Meydan Tv-yə müsahibəsində dediyi "Məndə xüsusi ambisiya dərdi yoxdur, olsaydı, digər müxalifət liderlərini mitinqə dəvət etməzdim, çünki onların mitinqin hazırlanmasında xüsusi rolu yoxdur" fikrini şərh edərək dedi:

"Əgər Əli Kərimli doğrudan da dediyi qədər varsa, söylədiyi fikirlərin arxasında dayanırsa və heç bir şəxsi ambisiyası yoxdursa, o zaman mitinqlərin keçirilməsinin də bir qurumun adına bağladılmasına ehtiyac yoxdur. Təşkil etdiyi mitinqlərə 1000 nəfəri güclə yığan Əli Kərimli yalnız 19 yanvar mitinqində stereotipi qismən aşa bildi. Onda da bütün müxalifət partiyalarına dəvət göndərilmişdi. Bu mitinqdə insanların əvvəlkilərə nisbətən qismən çox olması da məhz bütün müxalifətin orada iştirakı ilə mümkün olmuşdu. Əgər Əli Kərimli hər zaman bu mövqedə olsaydı, bu gün Azərbaycan müxalifəti bu qədər axsamazdı. Azərbaycan müxalifətindəki daxili çəkişmələrin hamısının baiskarı məhz Əli Kərimlidir".

R.Nurullayevə görə, Ə.Kərimli hesab edir ki, ondan başqa bu ölkədə müxalifət yoxdur. Bu admda özündənrazılıq o qədər böyükdür ki, artıq müxalifətçiliyi tam monopoliyaya götürdüyünü və hakimiyyətə qarşı meydanda tək özü olduğunu zənn edir:

"Mən düşünmürəm ki, kimsə Azərbaycan müxalifətini manapoliyaya ala bilər. Əli Kərimli müxalifətçiliyi tam monopoliyaya götürdüyünü və hakimiyyətə qarşı meydanda tək özü olduğunu zənn edə bilər, lakin bunu bacara bilməz. Çünki heç bir siyasi partiyanın əl-ayağı bağlanmayıb ki, Əli Kərimlinin qarşısında aciz qalsın. Sadəcə olaraq, bu adam Azərbaycanda baş verən proseslərdə hər zaman özünü qabağa verib onun dividendini qazanmağı bacarır. Bunu da bacarmaq o deməkdir ki, insanda bir az gözüqırmızılıq, həyasızlıq, utanmazlıq olmalıdır ki, hər bir məsələdə özünü qabağa versin, başqasının gördüyü işi öz adına çıxsın".

partiya sədri əlavə etdi ki, Ə.Kərimli üçün bu gün hər şey yaşdır, o, hər şeyi yandırmaq, qaraltmaq istəyir. Ona görə artıq bir çox siyasi qüvvələr ondan uzaqlaşmağa başlayırlar:

"19 yanvar mitinqinə gələn insanlar artıq Əli Kərimlinin növbəti mitinq çağırışına qoşulmayacaqlar. Çünki Əli Kərimlinin şəxsi keyfiyyətləri hər zaman Azərbaycanda müxalifətin birləşməsinə əngəl törədib".

Elgün
AzNews.az