"Hüquq müdafiəçisi" günümüzdə də həmin partiyanın üzvlərindən sayılır. "Hüquq müdafiəçisi" günümüzdə də həmin partiyanın üzvlərindən sayılır.

Leyla Yunus hələ də Vəhdət Partiyasının üzvüdür - ŞOK!

"Hüquq müdafiəçisi" günümüzdə də həmin partiyanın üzvlərindən sayılır.

Xaricdə antiAzərbaycan fəaliyyəti ilə məşğul olan, hər addımda dövlətimizi aşağılamağa çalışan antimilli ünsürlərin bu və ya digər dərəcədə Azərbaycandakı müəyyən məmur və ya siyasi elitaya bağlı olduğu barədə zaman-zaman məlumatlar gündəmə gəlib.

Hələlik, rəsmi səviyyədə səslənən fikirlər təsdiqini tapmasa da, lakin aparılan araşdırmalar bəzi nüansların ortaya çıxmasına səbəb olub. Redaksiyamıza etibarlı mənbədən daxil olan məlumata görə, Azərbaycanı tərk edəndən sonra bütün fəaliyyətini ermənilərlə birgə ölkəmizə qarşı çevirən "hüquq müdafiəçisi" Leyla Yunusun da Azərbaycanın siyasi elitası ilə bağlılığı var.

Hansı ki, həmin siyasi elitanın təmsilçisi bu gün ölkə parlamentində oturur. Belə ki, Leyla Yunusun bu günə qədər də Tahir Kərimlinin sədri olduğu Vəhdət Partiyasında üzvlüyünə xitam verilməyib. "Hüquq müdafiəçisi" günümüzdə də həmin partiyanın üzvlərindən sayılır.

Maraqlıdır, ermənilərlə eyni cəbhədə Azərbaycana qarşı fəaliyyət göstərən, mübarizə aparan Leyla Yunusu partiya sıralarında saxlamaq Tahir Kərimli üçün nə dərəcədə əhəmiyyətlidir?(olaylar.az)

AzNews.az