Bu cür pozuntulara adekvat cavab verməliyik. Bu cür pozuntulara adekvat cavab verməliyik.

İranla sərhəddəki atışma ərazi bütövlüyümüzə bir zərbədir - Politoloq

Bu cür pozuntulara adekvat cavab verməliyik.

Xəbər verildiyi kimi, dünən səhər saatlarında Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz" Sərhəd Dəstəsinin Füzuli rayonunun Bala Bəhmənli kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasına cəhd edilib. İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində aşkar edilən silahlı şəxslərlə atışma zamanı kiçik çavuş Səxavət Məmmədov dünyasını dəyişib, əsgər Vidadi Cəbrayılov isə əlindən xəsarət alıb.

AzNews.az mövzunu politoloq Fikrət Sadıxovla müzakirə edib.

O, İran cəmiyyətində Azərbaycanı istəməyən dairələrin olduğunu deyib.

Politoloqun fikrincə, Azərbaycana qarşı təxribat törətmək istəyən dairələr az deyil:

“Ancaq mən inanmıram ki, bu təxribat İranın ali rəhbərliyi tərəfindən idarə olunsun, çünki vaxtaşırı narkotiklə, sərhəddi keçməklə bağlı ölümlə nəticələnən xırda təxribatlar baş verir. Təbii ki, bizim üçün fərq etmir, kimlər gəlirsə, gəlsin. Bu, Azərbaycanın maraqlarına ziddir, ərazi bütövlüyünə bir zərbədir. Biz buna hazır olmalıyıq. Bu cür pozuntulara adekvat cavab verməli, təxribatların qarşısını almalıyıq”.

Pərvanə Ağazadə

AzNews.az