"Yaşasın Xədicə İsmayıl - Nazim Bəydəmirli bacı-qardaşlığı!" "Yaşasın Xədicə İsmayıl - Nazim Bəydəmirli bacı-qardaşlığı!"

Azər Həsrət Nazim Bəydəmirlini ələ saldı - STATUS

"Yaşasın Xədicə İsmayıl - Nazim Bəydəmirli bacı-qardaşlığı!"

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, tanınmış jurnalist Azər Həsrət "Facebook" sosial şəbəkəsində yazdığı statusla keçmiş deputat Nazim Bəydəmirlini ələ salıb.

AzNews.az Azər Həsrətin statusunu olduğu kimi təqdim edir:

"Xədicə İsmayıl bacısı yazıb, Nazim Bəydəmirli qardaşı da bəyənib. Xədicə nə yazıb? Yazıb ki, əfv edilən məhbuslardan biri Azər Həsrətə (yəni mənə) acıq edərək həbsdən çıxmaq istəməyib. Deyib ki, mən türmədə qalmağı Azər Həsrətlə bir səma altında yaşamaqdan üstün tuturam. Düzdür, sonra xəlvətcə buraxılışını alıb sevinə-sevinə dışarı çıxıb. Hələ üstəlik müsahibə filan da verib, özünü qəhrəman eləməyə cəhd göstərib. Özü də Azər Həsrətlə eyni səma altında. Əmbə sözüm bunda deyil e. Sözüm ondadır ki, Xədicə İsmayılın qardaşı Nazim Bəydəmirli də bu əhvalatdan ehtizaza gəlib. Pay atonnan! Deyirəm, bu Nazim nə yekə siyasət adamıymış, ə?..
Ümumiyyətlə, bilirsiniz nə var? Yaşasın Xədicə İsmayıl - Nazim Bəydəmirli bacı-qardaşlığı!"

AzNews.az

image description