Rusiya münaqişəni yenidən öz monopoliyasına qaytarmaq cəhdləri edir Rusiya münaqişəni yenidən öz monopoliyasına qaytarmaq cəhdləri edir

"Bu görüşdən heç bir ciddi nəticə gözləmirəm"

Rusiya münaqişəni yenidən öz monopoliyasına qaytarmaq cəhdləri edir

"Rusiyanın bu görüşü təşkil etmək cəhdi Dağlıq Qarabağ poblemini bir növ yenidən öz nəzarətinə keçirmək istəyi ilə əlaqəlidir. Çünki bu münaqişəni heç bir dünya gücünə, o cümlədən də ATƏT-in Minsk qrupu həmsədrlərinin nəzarətinə vermək istəməyən Rusiya ABŞ-ın son dövlərdə aktivləşən fəaliyyətindən müəyyən mənada narahatdır".

Bunu politoloq Natiq Miri Azərbaycan XİN rəhbərinin bu gün Moskvada rusiyalı və ermənistanlı həmkarları ilə görüşünü AzNews.az-a şərh edərkən dedi. O, təcili olaraq Moskvada belə bir görüşün təşkil olunmasını yenidən bu münaqişəni Rusiyanın monopoliyasına qaytarmaq cəhdi kimi dəyərləndirdi:

"Dağlıq Qarabağ problemində Ermənistan rəhbərliyinin hər hansı bir güzəştə gedəcəyini gözləmək əbəsdir. Bu təşəbbüsün ABŞ və yaxud Fransadan gəlməsinə baxmayaraq, hər bir halda Rusiya ilə razılaşdırılmadan Ermənistan rəhbərliyi bu yöndə siyasi qərar vermək cəsarətində deyil. Açığı, bu görüşdən də hər hansı bir ciddi siyasi nəticə gözləmirəm. Çünki Rusiya münaqişəni həll etmək üçün çalışmır. Sadəcə, bu münaqişədə müəyyən irəliləyişlər adı altında yenidən Azərbaycanı öz orbitinə qaytarmaq və Ermənistanı bundan sonra da öz orbitində tutmaq cəhdi ilə bağlıdır".

Politoloq vuruladı ki, heç bir ölkənin, xüsusən də Rusiyanın hərbi qoşunları Azərbaycan ərazisində, Dağlıq Qarabağda yerləşdirilməməlidir. Rusiyanın əsas hədəflərindən biri də budur ki, öz hərbi qoşunlarını Qarabağ ərazisinə qaytarmaqla birdəfəlik bu prosesi öz nəzarətinə keçirsin, bununla da hər iki ölkəyə bundan sonra da təzyiq imkanlarını saxlaya bilsin.

"Ona görə də əmin olun ki, Rusiyanın moderatorluğu ilə keçiriən istənilən sülh görüşü Azərbaycanın mənafeyinə uyğun olmayıb və bundan sonra da olmayacaq" -deyə, N.Miri qeyd etdi.

Elgün
AzNews.az