Son zamanlar bu qeyrətli qadını bir GEYrətli kişi qırığı daha ardıcıl qoruyur. Son zamanlar bu qeyrətli qadını bir GEYrətli kişi qırığı daha ardıcıl qoruyur.

“Azərbaycanı yataqda Cey Kempenə satan...” müxalifətçi qadın kimdir? - RealTV-dən sensasion anonslar (VİDEO)

Son zamanlar bu qeyrətli qadını bir GEYrətli kişi qırığı daha ardıcıl qoruyur.

REAL televiziyasının rəhbəri, tanınmış telejurnalist Mirşahin Ağayev özünün müəllif verilişində sensasion faktlar açıqlayıb. "Mir Şahinin vaxtı" adlı müəllif verilişinin dünənki, son buraxılışında M. Ağayev şərti adı "sevincək anonslar" adlandırıla biləcək iddialarla və bu iddiaları təsdiqləyəcək əyani vəsaitlərlə çıxış edib.

Verilişin həmin hissəsinin məzmununu və verilişin youtube versiyasındakı müvafiq dəqiqələrini təqdim edirik. Öncədən arayış üçün deyək ki, burada söhbət xarici ölkələrdən birinə sığınmış və oradan Azərbaycana, onun iqtidarına, müxalifətinin və mediasının müəyyən kəsimlərinə qarşı böhtan yağdıran bir qadının xarici xüsusi xidmət orqanı agenti ilə "xüsusi" münasibətlərindən gedir. Mirşahin Ağayev efirdə göstərilən bir fotonun nümayişinin ardından deyir:

"Məsələn bu gombul, tösmərək cənaba diqqətlə baxın. Birinci sual: Bu toppuş, xata çarpayısına malik, şirin təbəssümlü, maraqlı cənab kimdir? Bu çarpayıda Azərbaycanı kim və neçəyə və hansı ölkənin xüsusi xidmətinə təklif edir. İpucu verirəm. O şəxsi Əli Kərimli, Cəmil Həsənli, Tofiq Yaqublu, Gültəkin Hacıbəyli, yəni Milli-milsiz bütün Şura, özünə bənzər güruh öz payına Azərbaycanın ən qeyrətli qadınlarından biri hesab edir. Son zamanlar bu qeyrətli qadını bir GEYrətli kişi qırığı daha ardıcıl qoruyur. Yəni o qadın çoooox demokratik birisidir. Bədəninin hər bir üzvünə tam azadlıq verib. Harası nəyi istəyirsə, ixtiyar sahibidir. Demokratiyanın əlahiddə götürülmüş bir vücudda tam təntənəsi.

İkinci sual. Diqqət çarpayıya! Yataqdakı nimçədə iki alma var. Daha doğrusu bir alma və ikincinin yarısı. Bu alma parçası kimin ağzından qalan şirin sevgi izidir. Alma olmağına almadır, amma qadın Həvva deyil. Bəs kimdi? Fantaziyanızı işə salın... və nəhayət üçüncü sual: Aranızda belə bir ad eşidən var? Cey Kempen. Kempen Cey! Bir ipucu da burda verim. Xüsusi xidmət orqanlarının samballı əməkdaşıdır. Bu üç sual ətrafında düşünün. Biz mövzuya gələn həftə, onun təqvimi ilə desək yeddi gecə sonra qayıdacayıq".(musavat.com)

AzNews.az