Bilinirdi ki, Poroşenkonun hakimiyyəti sona çatıb və o, seçilməyəcək Bilinirdi ki, Poroşenkonun hakimiyyəti sona çatıb və o, seçilməyəcək

Zelenskinin prezident seçilməsi gözlənilən idi, çünki Poroşenko... - Hikmət Cavadov

Bilinirdi ki, Poroşenkonun hakimiyyəti sona çatıb və o, seçilməyəcək

Xəbər verildiyi kimi, aprelin 21-də Ukraynada prezident seçkilərinin ikinci turu keçirilib. Seçkinin nəticələrinə görə, komediya ustası, aparıcı Vladimir Zelenski 73.3% səslə qalib gəlib.

Картинки по запросу vladimir zelenski

AzNews.az mövzu ilə bağlı Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadovun fikirlərini öyrənib.

Картинки по запросу hikmət cavadov

- Hikmət bəy, Vladimir Zelenskinin böyük səs çoxluğu ilə qalib gəlməsi gözlənilən idimi?

- Zelenskinin böyük səs çoxluğu ilə prezident seçilməsi, əlbəttə gözlənilən idi. Düşünürəm ki, Zelenski olmasa belə Poroşenkoya qarşı 2-ci tura çıxan istənilən güclü rəqib bu cür səs çoxluğu ilə qalib gələrdi. Çünki Poroşenko və onun komandası gözlənilənləri nəinki həyata keçirmədi, əksinə Yanukoviçin dövründəki sistemə qayıtdı. Özünüz də bilirsiniz ki, burada siyasi təqiblərdən, qeyri-qanuni deportasiyalardan söhbət gedir. Bu məsələlərdən xalq artıq qıcıqlanmışdı. Bilinirdi ki, Poroşenkonun hakimiyyəti sona çatıb və o, seçilməyəcək. Ümumiyyətlə ölkədə gedən proseslərdən savayı onların verdiyi müxtəlif vədlər var idi. Misal üçün, müxtəlif zaman ərzində Donbas, Krım məsələsinin həll olunması. Bundan başqa dolların məzənnəsinin saxlanılması, öz biznesini kənara qoyub siyasətlə məşğul olması məsələsində də xalqı aldatmışdı. Hər gün bu məsələlər müzakirə olunurdu. Bundan başqa Rusiya ilə əlaqələrin olması hökuməti gözdən salmışdı. Buna görə də baş verənlər tam gözlənilən idi.

Картинки по запросу poroshenko

- Poroşenkonun uduzmasını Putinin qələbəsi hesab etmək olarmı?

- Əlbəttə ki, yox. Ümumiyyətlə Ukraynada hər hansı siyasi qüvvəni pisləmək üçün onun Putinlə əlaqəsini ortaya atırlar. Hətta seçkiqabağı kampaniyada Poroşenko bir tərəfdə özünün, bir tərəfdə isə Putinin şəkli olan billboard hazırlamışdı. Yəni seçiminizi edin, məni seçəcəksiniz yoxsa Putini? Məqsəd guya qarşı tərəfin Putinin maraqlarına uyğun hərəkət etməsi və onun namizədi olması barədə təsəvvür yaratmaq idi. Bəzi məsələlərin dərinliyini bilməyən seçicilərin bir çoxu desin ki, "Putinin ən böyük düşməni Poroşenkodur. Deməli, Poroşenkoya qarşı olan adamlara Putin dəstək verəcək. Poroşenko seçkiləri uduzsa, Putin udacaq”. Bu belə deyil. Hakimiyyətin mənbəyi xalqdır və xalq da istənilən vaxt qalxıb hakimiyyəti dəyişə bilər. Ona görə də "Bu, Putinin adamıdır, filandır" fikirləri cəfəngiyyatdır. Qəti belə deyil.

- Sirr deyil ki, Poroşenko Putinlə mübarizə aparacağını anons etmişdi.

Картинки по запросу putin

- Ukraynanın istənilən hakimiyyəti Putinlə mübarizə aparıb-apara bilməməsinə baxmayaraq bunu anons etməlidir. Rusiyanın Krımın ilhaqını həyata keçirdiyi halda kim deyə bilər ki, mən Putinlə və Rusiya Federasiyası ilə mübarizə aparmayacam. Rusiyanın bu siyasətinə görə Avropa, Amerika ona sanksiyalar tətbiq etdi. Ona görə bu məsələ Rusiyanın təbliğat maşınının oyunudu və buna inanmaq düzgün deyil.

- Fikrinizcə, Zelenskinin arxasında kim dayanır? Oliqarx İqor Kolomoyski yoxsa Kreml?

Картинки по запросу kreml

- Ümumiyyətlə istənilən seçkini böyük seçici sayı ilə udmaq üçün böyük maliyyə lazımdır. Bu halda isə kimlərsə dəstək verə bilər. Maliyyə dəstəyi olmadan heç indi parlament seçkilərində majoritar qaydada seçkiyə gedən millət vəkili olmaq istəyən namizəd belə seçkini uda bilmir. Çünki texnika dövrüdür, inkişaf edən cəmiyyətin tələbləri ilə ayaqlaşmaq lazımdır. Mən qəti inanmıram, inanmaq da istəmirəm ki, onun arxasında Kreml durur. Bu, mümkün deyil. Bunu V. Zelenski və onun seçki kampaniyasına zərbə vurmaq üçün ortalığa atıblar.

Belə baxanda Poroşenkonun hakimiyyəti Rusiyaya çətinlik yaratmırdı. Avropa, Amerika Rusiyaya etmək istədiklərini Poroşenkolu, ya da Poroşenkosuz onsuz da edəcəkdi. Kreml məsələsi təbliğat idi. Kolomoyskini ölkədən didərgin salan adam Poroşenko olub. O da bu ölkənin iqtisadiyyatında sözünü deyə biləcək, təsir edə biləcək bir insandır. Ancaq mən burda da qeyri-adi bir şey görmürəm. Seçkidir, ola bilər ki, ölkədə çevrilişə marağı olan oliqarxlar bunda iştirak etsin.

Картинки по запросу kiyev

- Azərbaycan diasporunun nümayəndələri üçün əsas amil Ukraynada sabitliyin qorunmasıdır. Kimin prezident seçilməsi diasporumuz üçün nə dərəcədə önəmlidir?

- Sabitlik tək prezidentdən asılı deyil ki. Zelenski oldu, ya Poroşenko. Ölkə hal-hazırda iqtisadi cəhətdən çətin vəziyyətdədir. Buna baxmayaraq Ukraynanın dünyanın siyasi arenasında coğrafi mövqeyi inkişaf edir, möhkəmlənir. Ukraynanın tarixinə baxsaq, keşməkeşli dövrlər yaşadığını və bunu həll etdiyini görərik. Bizim üçün istənilən halda, istənilən ölkədə sabitlik vacibdir. Sabitlik məsələsini ortalığa atıb siyasi seçimə təsir etmək fikrində olan insanların cəhdləri boşa çıxdı. Diaspor Azərbaycandan bura göndərilmiş bir qrup azərbaycanlı deyil ki, gəlib burda maraq güdsün. Bizim diasporumuzun üzvləri burada yaşayır, övladları burada böyüyür. Əlbəttə ki, ölkəyə kimin prezident seçilməsinin, inkişafının bizim üçün böyük fərqi var. İstəmirik ki, burada sabah iqtisadi, siyasi vəziyyət pis olsun. Biz Ukraynanın Avropaya inteqrasiya yolunda inamla addımlamasını istəyirik. Ukrayna Azərbaycanın strateji müttəfiqidir və buna görə Ukrayna bu prosesdən qalib olaraq çıxmalıdır. Postsovet məkanında da bir çox problemlərin açarını özündə saxlayan ölkədir. Düşünürəm ki, hər şey yaxşı olacaq.

Картинки по запросу vladimir zelenski

Pərvanə Ağazadə

AzNews.az