"Ölkəmizdə təhlükəsizlik ən yüksək səviyyədə qurulub" "Ölkəmizdə təhlükəsizlik ən yüksək səviyyədə qurulub"

"Azərbaycan öz inkişafı ilə onlara cavab verir" - Ziyafət Əsgərov

"Ölkəmizdə təhlükəsizlik ən yüksək səviyyədə qurulub"

“Azərbaycana qarşı kampaniya birinci dəfə deyil ki, aparılır. 2012-ci ildə Avroviziya Mahnı yarışması keçiriləndə, 2015-cil də Avropa Oyunları keçiriləndə bu cür qarayaxma kampaniyalar aparılır. İndi də Avroliqanın finalı ərəfəsində belə addımlar atılır. Məqsəd Azərbaycanın apardığı xarici siyasətə kölgə salmaqdır”.

AzNews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlament sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

O əlavə edib ki, Azərbaycanın inkişafını gözügötürməyən qüvvələr çoxdur. Onlar hər vəchlə çalışırlar ki, hər hansı yarışma zamanı qara yaxsınlar. Sözsüz ki, bunun cavabı verilməlidir.

"Azərbaycan öz inkişafı ilə onlara cavab verir. Bundan sonra da belə olacaq. Bu cür qarayaxma kampaniyaları bundan sonra da olacaq. Kimin orada nə deməyindən asılı olmayaraq, karvan öz işindədir. Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə qurulub. Biz Prezident İlham Əliyevin ətrafında sıx birləşmişik. Hansı hücumlar olacaqsa, adekvat cavablarını alacaqlar. Burada narahatlığa əsas yoxdur” -deyə, Z.Əsgərov qeyd edib.

AzNews.az