Hər kəs çəkici bir yerə vurmalıdır Hər kəs çəkici bir yerə vurmalıdır

“Beynəlxalq hüquq işləmir, işləsəydi..." - I vitse-spiker

Hər kəs çəkici bir yerə vurmalıdır

“Böyük Britaniya Xarici İşlər Nazirliyi bir söz deyir, Azərbaycandakı səfirlik isə başqa söz. Bu necə ola bilər? Belə olan halda nə deyəsən. Bütün bunların səbəblərindən biri də odur ki, beynəlxalq hüquq işləmir, işləsəydi, hamı yerində oturdulsaydı, bu biabırçılıqlar baş verməzdi".

AzNews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib. Onun sözlərinə görə, Azərbaycanın ərazi bötüvlüyü ilə bağlı 4 qətnamə qəbul olunsa da icra olunmur:

"Buna baxmayaraq, istədikləri məsələni bir saatın içində həll edirlər, mürəkkəbi qurumamış məsələ həll edilir. Bunların açıq şəkildə deyə bilmirlər ki, Azərbaycan, sənin inkişafını istəmirik, müsəlmansan, inkişaf edə bilməzsən. Hər kəs çəkici bir yerə vurmalıdır”.

Elgün
AzNews.az