Qabil Hüseynli: "Belə münasibət ABŞ adına böyük biabırçılıqdır" Qabil Hüseynli: "Belə münasibət ABŞ adına böyük biabırçılıqdır"

"Bu, ikili standartların yenidən dirçəldilməsidir"

Qabil Hüseynli: "Belə münasibət ABŞ adına böyük biabırçılıqdır"

“Respublika Günü münasibətilə ABŞ prezidenti Donald Trump Azərbaycan prezidenti İlham Əliyevə və Gürcüstanın baş naziri Mamuk Baxadzeyə təbrik məktubu göndərib. Məktubda Donald Tramp Prezident İlham Əliyevi və Azərbaycan xalqını Amerika xalqı adından və şəxsən öz adından təbrik edib. Bildirib ki, 1918-ci ildə həmin gün Azərbaycanın müstəqilliyi elan olunub və Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb. Yüz ildən artıq bir vaxt keçdikdən sonra Amerika Birləşmiş Ştatları bütün azərbaycanlılarla birlikdə bu nailiyyətləri qeyd etməkdən məmnundur.

Sitat: "Dövlətlərimiz arasında bir çox ortaq maraqlar üzərində qurulmuş güclü tərəfdaşlıq mövcuddur. Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri və Cənub Qaz Dəhlizi təşəbbüsünü irəli sürməklə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində sizin liderliyinizi dəyərləndirirəm. Azərbaycanda islahatlar istiqamətində, xüsusilə də qanunun aliliyi sahəsində Azərbaycan xalqının mənafeyinə xidmət edəcək və əməkdaşlığımızın dərinləşməsi üçün imkanlar yaradacaq bütün addımları alqışlayırıq. Həmçinin, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və dayanıqlı həlli istiqamətində ATƏT-in Minsk qrupu prosesində sizin şəxsi iştirakınızı təqdir edirik. Tərəfdaşlığımızın gələcək illərdə də inkişaf etməsini səmimiyyətlə arzulayıram. Xahiş edirəm bu əlamətdar ildönümü münasibətilə bir daha təbriklərimi və ən xoş arzularımı qəbul edəsiniz”.

Səmimi və içdən gələn təbrik olduğu hiss edilir. Lakin Dağlıq Qarabağ məsələsində bu fikirləri demək bir az çətindir. Belə ki, Gürcüstanın Müstəqillik Günü ilə bağlı göndərilən təbrik məktubunda ABŞ lideri bu ölkənin suverenliyini, ərazi bütövlüyünü dəstəklədiyindən bəhs edir və Gürcüstana qlobal çağırışlara, xüsusilə də terrorla mübarizəyə qarşı verdiyi töhfələrə görə minnətdarlığını bildirir, torpaqlarının bir hissəsi işğal olunan Azərbaycanın isə ərazi bütövlüyünə dəstək ifadə olunmur?

Bəs, ABŞ-ın iki Qafqaz ölkəsi - Azərbaycan və Gürcüstan kontekstində belə fərqli yanaşmasının səbəbləri nədir?

Politoloq Qabil Hüseynli təəssüf hissi ilə AzNews.az-a bildirdi ki, Avropa Parlamenti də, Avropa Şurası da və bəzi beynəlxalq təşkilatlar da eyni cür addımlar atır:

"ABŞ prezidenti Donald Trampın da təbrik məktubunda belə bir addım atması ikili standartların yenidən dirçəldilməsidir. Bu, ABŞ adına yanaşmayan biabırçı bir addımdır. Belə bir dövlətin beynəxlaq hüquq və normalara zidd təbrik göndərməsi çox təəccüblüdür. Görünür, xarici diplomatiyamız bunun üzərində çox ciddi işləməlidir".

İkili standartların haradan qaynaqlandığına gəldikdə isə Q.Hüseynli vuruğuladı ki, əlbəttə, ortada xristian təəssübkeşliyi də var. Amma Amerikadakı erməni lobbisi, erməni milli hərəkatı belə məsələlərdə həlledici rol oynayır. Düzdür, ABŞ böyük dövlətdir, bu kimi təsirlərə məruz qalmamalıdır, lakin qalır. Bu da ölkə adına böyük biabırçılıqdır.

Elgün
AzNews.az