Hər iki aksiya ilə bağlı bir həftə əvvəldən anonslar səsləndirilib. Hər iki aksiya ilə bağlı bir həftə əvvəldən anonslar səsləndirilib.

Müsavat aksiyasına 220, Milli Şura isə 330 nəfər toplaya bildi

Hər iki aksiya ilə bağlı bir həftə əvvəldən anonslar səsləndirilib.

Bu gün Müsavat Partiyası və Milli Şura ayrı-ayrılıqda Məhəmməd Əmin Rəsulzadənin Novxanı kəndindəki heykəli önündə aksiya keçiriblər.

Qeyd edək ki, hər iki aksiya ilə bağlı bir həftə əvvəldən sosial şəbəkələrdə anonslar səsləndirilib.

Abşeron Rayon Polis İdarəsindən ONA-ya verilən məlumata görə, Müsavat Partiyasının aksiyasında təşkilatın rəhbərliyi və üzvlərindən ibarət 220 nəfər iştirak edib. Milli Şuranın keçirdiyi aksiyada isə Milli Şura Koordinasiya Şurasının üzvləri və AXCP-nin üzvü olan 330 nəfər iştirak edib.

AzNews.az