"Azərbaycan özünün tarixində bugünkü qədər firavan və qlobal iqtisadiyyata bağlı olmayıb" "Azərbaycan özünün tarixində bugünkü qədər firavan və qlobal iqtisadiyyata bağlı olmayıb"

"Trampın İlham Əliyevə məktubları ABŞ-ın ölkəmizə verdiyi dəstəyin ifadəsidir" - AÇIQLAMA

"Azərbaycan özünün tarixində bugünkü qədər firavan və qlobal iqtisadiyyata bağlı olmayıb"

“ABŞ prezidentlərinin məktubları bütün dövlətlərdə əsas məktublardan biri kimi qəbul olunur. Fövqəldövlətin başçısının məktubu təkcə protokol səciyyəsi daşımır, eyni zamanda Amerika Birləşmiş Ştatlarının bu və ya digər dövlətə münasibətdə qarşıdakı dövrdə siyasətinin müəyyən çalarlarını ən etibarlı şəxsin dilindən açıb göstərən mənbə kimi də nəzərdən keçirilir. Bu baxımdan son bir neçə gündə ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə iki təbrik məktubu ünvanlanması bir sıra diqqətəlayiq məsələləri ehtiva edir”.

Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

Tramp tərəfindən Azərbaycan Prezidentinə ünvanlanan məktublarda "Azərbaycan özünün tarixində bugünkü qədər firavan və qlobal iqtisadiyyata bağlı olmayıb. Cənub Qaz Dəhlizi daxil olmaqla, Azərbaycanda hasil olunan neft və qaz dünya enerji bazarlarında sabitliyi artırmaqda davam edir" fikirlərinin yer aldığını deyən politoloq söyləyib ki, bu, Azərbaycanın ABŞ-ın yaxından dəstək verdiyi Avropanın enerji təchizatında iştirakına verilən yüksək qiymət kimi qəbul oluna bilər.

N.Məmmədova söyləyib ki, məktubda Türkmənistan və Şərqi Aralıq dənizi hövzəsi ölkələri ilə tərəfdaşlıq quraraq Azərbaycanın daha böyük liderlik rolu oynaya biləcəyi qeyd olunur ki, bu da ölkəmizin həm də tranzit ölkə kimi böyük potensialının ABŞ-ın diqqətində olduğunun sübutudur: “Məktublarda Birləşmiş Ştatların iqtisadi islahatlara verdiyi dəstək qeyd olunmaqla yanaşı, həyata keçirilən islahatlar, xarici sərmayələrin təşviqi sayəsində ölkəmizin liderlik potensialının güclənməsinin bütün regionda sülhə, sabitliyə əsas olacağı da xüsusi vurğulanır”.

Politoloq əlavə edib ki, məktublarda iqtisadi və siyasi islahatlar, enerji layihələrinin rolu, beynəlxalq təhlükəsizliyə dəstək məsələləri əsas diqqət mərkəzində olan amillər kimi diqqət cəlb edir və təqdirəlayiqdir.

AzNews.az