Məmməd Əmin Rəsulzadə ilə alver etmək olmaz Məmməd Əmin Rəsulzadə ilə alver etmək olmaz

Müxalifətin son yaşam çırpıntıları

Məmməd Əmin Rəsulzadə ilə alver etmək olmaz

Avropa liqasının final mərhələsi də daxili olmaqla bir çox önəmli yarışların, beynəlxalq konfransların və forumların, əhəmiyyətli toplantıların Bakıda keçirilməsini və ölkənin son dövrlərdəki inkişafını böyük hiddətlə qarşılayırlar. Mayın 28-də edilən aksiya cəhdinin də əsas məğzi bundan ibarətdir. Aksiyada Müsavat partiyasının 220, Milli Şuranın isə cəmi 330 üzvü iştirak edib. Təbii ki, bu rəqəmlər və aksiya cəhdinin uğursuzluğu müxalifətin xaricdəki havadarlarını razı salmayıb. Bu dırnaqarası müxalifət partiyaları artıq Azərbaycan xalqının əsas hədəfini anlamalıdırlar. Azərbaycan xalqı bu cür avam oyunlara uymayacaq qədər püxtələşmiş xalqdır. İndi hər bir azərbaycanlının diqqət mərkəzində ölkəmizdə keçirilən mötəbər oyun dayanır. Müsavat və Milli Şura bu dəfə də istəyinə çata bilmədi".

"Ümumiyyətlə Rəsulzadə "Milli Şura"ya məxsus deyil, nə də onlar tək olaraq davamçılar deyillər". Bunu mətbuata açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, SİM İB-nin sədri Anar Xəlilov deyib. Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyətinin varisi bugünkü Azərbaycanımızdır, xalqdır və onun seçdiyi iqtidardır: "Bu gün Azərbaycan dövləti Cümhuriyyətə və onun qurucularına dərin rəğbətlə yanaşır və dövlət səviyyəsində hər bir onlara aid xüsusi günlər yüksək səviyyədə qeyd edilir. Bundan əlavə Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi "Cümhuriyyət qurucularının etmək istədiyini və arzularını biz həyata keçirdirik". Bu günkü yüksək inkişaf və güclü Azərbaycan buna misaldır. Xalq da bütün bunları bilir və Prezidentinin siyasətini qəbul edir və dəstəkləyir. "Milli Şura" isə ucuz şou yaratmaqla məşğuldur. Həm də, çalışırlar ki, daha çox sosial şəbəkələrdə ucuz reklamlar qursunlar. Bütün bunlar onlara ancaq utanc gətirir. 28 may günü Rəsulzadənin heykəlinin ziyarəti zamanı da bu bir daha sübut olundu ki, bir özləridir, bir də, qovluqları. Xalq isə dövlət səviyyəsində təşkil edilmiş müxtəlif tədbirlərdə idi. Xalq Respublika Gününü əyləncə və gəzinti ilə qeyd edirdi. Sosial şəbəkələrdə yerləşdirilən fotolara baxsaq bunu aydın görərik".

Siyasi ekspert Azər Həsrət qeyd edib ki, Məhəmməd Əmin Rəsulzadənin yolunda olduğunu iddia edənlər, bu qədər azsaylı heyətlə onu ziyarət etməməlidirlər: "Əlbəttə ki, Azərbaycan Xalq Cümhuriyyəti günü bütün Azərbaycan xalqının qeyd etdiyi bir gündür. Heç kim bu günü özəlləşdirmək və yaxud da məhz ona aid olduğunu iddia etmək fikirinə düşməməlidir. Lakin görürük ki, bu siyasi partiyalar iddia edirlər ki, Məhəmməd Əmin Rəsulzadənin yolunda gedən yalnız onlardır. O zaman sual yaranır ki, siz həqiqətən bu yolda olsaydınız arxanızca yüzminlərlə insan gəlməli idi, amma göründüyü kimi 330-220 nəfərlə kifayətlənməli olmusuz. Bu ölkədə Məhəmməd Əmin Rəsulzadəni sevənlərin sayı yüzlərdən, minlərdən daha çoxdur. Azərbaycanda elə bir insan tapılmaz ki, Rəsulzadəni sevməsin və ona qarşı çıxsın. Ona görə də bu kimi partiyaların iddiaları özünü doğrultmamış qalır. İddia etdikləri kimi Rəsulzadə yolunda deyirlər. Əgər həqiqətən bu yolda olsaydılar Azərbaycana düşmən kəsilmiş ona qarşı daimi hücumları ilə diqqət çəkən Qərbin müəyyən mərkəzləri iş birliyi etməzdilər. Məncə bu partiyaların mövqelərini müəyyənləşdirməyə ehtiyacları var. Ya Rəsulzadə yolunda gedib Azərbaycan dövlətinin yanında dayansınlar, ya da öz yolları ilə getsinlər".

"Azərbaycanda sağlam müxalifət yoxdur". Bunu mətbuata açıqlamasında millət vəkili Tahir Rzayev deyib. Onun sözlərinə görə, bunlar necə ildir ki, yerlərində sayırlar: "Hərdən də, sosial şəbəkələr də, xarici sifarişlərə əsaslanmaqla dövlət və dövlətçilik əleyhinə şər və böhtan kampaniyası aparırlar. Müsavat və "Milli Şura" xarici anti-Azərbaycan dairələrinin tapşırığını yerinə yetirir. Sözsüz ki, qarşılığın da maliyyə vəsaitləri alırlar və onlara da qulluq edirlər. Müxalifət də olan, ancaq sağlam siyasət yürüdən digər siyasi qurumlar Müsavat və AXCP-nin xarici pozucu qüvvələrlə iş birliyin də, olduqlarını görür və bu baxımdan onların qanunsuz aksiyalarına qoşulmurlar. Bu partiyalar iqtidara müxalifətdirlər və yeri gələndə öz sözlərini deyirlər. Düzgün olaraq, bu partiyalar Müsavat və "Milli Şura"nın mart və aprel ayların da keçirdikləri aksiyalara qoşulmadılar. Niyə qoşulmadılar? Çünki bu mitinqlər qanunsuz keçirilib. Mitinq təşkilatçıları burda lazım olmayan şüarlar səsləndirib, dövlətin, dövlət rəhbərlərinin eləcə də, dövləti təmsil edən vəzifəli şəxslərin ünvanına şantaj xarakterli böhtanlar səsləndiriblər ki, bu da qəbul olunmazdır. Çünki insanın şəxsiyyəti, hüquqları var və bunu pozmaq olmaz. Eləcədə dövlətin ünvanına söylənilən bu fikirlər əlbəttə ki, qəbul olunmazdır. Ona görə də, konstruktiv siyasət aparan müxalif partiya sədrləri qanunu dərk edir, müəyyən qaydada bu proseslərdə iştirak etmirlər. Ənənəvi ampluaların da çıxış edən "Milli Şura" və Müsavat rəhbərliyi M.Ə.Rəsulzadənin aksiya keçirməyə cəhd etdi. Ora Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli və Fuad Qəhramanlı bir necə adamla yığışmışdırlar. Aksiya da özlərini lider sayan insanlar iştirak etmirdilər. Sözsüz ki, bu müxalifətin özünün bir iflasıdır. Çünki əgər "birləşmiş müxalifət" deyirlərsə, burada kütləvilik olmalı idi, amma olmadı, cəmi 3-5 nəfər iştirak etdi. Yenə də, eyni sözlər, əvvəllər səslənən şüarlar, dövlətin əleyhinə müəyyən xoşagəlməyən ifadələr səsləndirildi. Onsuz da, biz Məmməd Əmin Rəsulzadəyə Xalq Cümhuriyyətinin liderlərindən biri kimi həmişə rəğbətimizi bildirmişik. Eləcə də AXC-nin üzvləri olan və hökumət də təmsil olunmuş digər şəxslərə abidələrin qoyulması, adlarının əbədiləşdirilməsi, yubuleylərinin keçirilməsi haqqın da tədbirlər görülüb. İndi bunlar Məmməd Əmin Rəsulzadəni bir bayraq ediblər, güya Məmməd Əmin Rəsulzadəyə qısqanclıq var. Yəni heç bir reallığı əks etdirməyən cəfəng fikirlər söyləyirlər. Amma birmənalı mövqe ondan ibarətdir ki, AXC qurucularının xatirəsi bizim üçün əzizdir. Hər bir insana göstərdiyi xidmətinin dərəcəsinə görə qiymət verilməlidir və bu qiymətdə verilir. Məmməd Əmin Rəsulzadə və digər AXC qurucuları ilə alver etmək olmaz. Ancaq, müxalifət bu adamlardan siyasi alver edir. Mayın 28-də "Milli Şura" M.Ə.Rəsulzadənin abidəsi önün də, uğursuz aksiya keçirməklə, bir daha özlərini rüsvay etdilər. Onların aksiyaların da iştirak edənlərin əksəriyyəti azyaşlılar idi. Bu da, onların tükəndiklərini və ümidlərini balaca uşaqlara bağladıqlarını göstərir. Belə müxalifət məhvə məhkumdur, yəqin ki, bu proqnoz yaxın vaxtlar da reallığa çevriləcək. Məmməd Əmin Rəsulzadə ilə alver etmək olmaz, siyasi xadimlərlə belə alver etmək olmaz. Demək olar ki, müxalifət bu adamlardan alver edirlər". (Olaylar.az)