Azərbaycana inkişaf tarixi keçən yarıtmazlar üçün tarix dərslərimiz davam edir Azərbaycana inkişaf tarixi keçən yarıtmazlar üçün tarix dərslərimiz davam edir

Bu mağmun Əli Kərimli 1992-93-cü illərdə ordunu rəzil günə saldıqlarını etiraf etdi - Mir Şahin

Azərbaycana inkişaf tarixi keçən yarıtmazlar üçün tarix dərslərimiz davam edir

"Mən sizə 1993-cü ilin əvvəlində Prezident aparatında dövlət katibi Əli Kərimlinin apardığı müşavirədən çox yox, yarım dəqiqə göstərəcəm. Görəcəksiniz ki, bu gün dil boğaza qoymayan, özünü ağ atlı oğlan kimi təqdim edən, bütün dərdlərin universal çarədarı roluna iddialı Əli Kərimli nə qədər mağmun, zavallı, aciz və yazıq görkəmdədir. Bu adam, bu adamlar əllərində səlahiyyət olanda dövləti, onun əsas dayağı olan ordunu demək olar ki məhv etmişdilər, demoralizə etmişdilər. Baxın və tanış olun. Təzədən tanış olun. Tanış olmağınıza şad olmayacaqsınız. Əminəm".

Картинки по запросу mir şahin

AzNews.az xəbər verir ki, bu sözləri REAL TV-nin baş direktoru, telejurnalist Mir Şahin özünün apardığı "Mir Şahinin vaxtı" proqramında deyib.

"İndi isə həmin o ordunu yenidən görəcəyik. Rəzil günə salınmış, sındırılmış, gözdən salınmış. Beləliklə, Azərbaycana inkişaf tarixi keçən yarıtmazlar üçün tarix dərslərimiz davam edir. Yenə də yaxın keçmişə hərbi operator İlham Ələkbərovun gözü ilə baxacağıq. Bu gün hansı ilə və hansı hadisələrə baxacağıq?

İlham Ələkbərovla gələn həftə yenidən görüşəcəyik. Mən ona canlı təqvim kimi baxıram. Hər görüşümüzdə sizi Ən Yaxın Tariximizin qapanmış və bəzilərinin bir də heç vaxt açılmayacağını güman etdiyi səhifələri vərəqləyəcəyik. Məncə, bu gün Azərbaycanda hakimiyyətə gəlməyə iddia edən hər bir kəs öz keçmişini xatırlamalı, yol verdiyi səhvləri, törətdiyi cinayətləri artıq bir dəfə bağışlamış xalqın əsəbləri ilə oynamamalıdır. Futbol həftəsi olduğundan elə bu təbircə də deyim. Təsəvvür edin ki, 26 ildir bir komanda çempion ola bilmir. Nəinki çempion e, heç birinci təsnifat mərhələsini belə keçə bilmir. 26 il!!! Baş məşqçi beş dəfə istefa verməliydi. Məğlubiyyətlərə görə məsuliyyət daşıdığını dərk edərək. Partiyanın əsas hədəfi hakimiyyətə gəlməkdirsə və o bunu 26 ildir ki, edə bilmirsə, deməli, o da çıxıb getməlidir. Hər dəfə sənə elə gəlir ki, prezident olacaqsan. Və beləcə 26 ildir deyirsən, mən prezident olacam, mən prezident olacam, olacam, olacam.. Belə pis çıxmasın. Amma artıq bu siyasi şizofreniyadır. Allah şəfa versin", - deyə Mir Şahin bildirib.

Bu süjetə "Mir Şahinin vaxtı" proqramında 17.53-cü dəqiqədən sonra baxa bilərsiniz:

Babək Göyüş

AzNews.az