"Həlimə xanım Əliyevanın vəfatı xəbəri məni çox kədərləndirdi" "Həlimə xanım Əliyevanın vəfatı xəbəri məni çox kədərləndirdi"

Etibar Məmmədov Elçibəyin xanımının vəfatı ilə bağlı başsağlığı verdi

"Həlimə xanım Əliyevanın vəfatı xəbəri məni çox kədərləndirdi"

AMİP lideri Etibar Məmmədov mərhum prezident Əbülfəz Elçibəyin xanımı Həlimə xanım Əliyevanın vəfatı ilə əlaqədar başsağlığı verib.

Etibar Məmmədov başsağlığında bunları bildirib:

"Mərhum prezident Əbülfəz Elçibəyin xanımı Həlimə xanım Əliyevanın vəfatı xəbəri məni çox kədərləndirdi.

Həlimə xanımın vəfatı ilə əlaqədar olaraq bir daha kədərləndiyimi bildirir, mərhumun oğlu Ərturqut bəyə və qızı Çilənay xanıma dərin hüzünlə başsağlığı verirəm. Allah rəhmət eləsin".

AzNews.az