Müsahibəni elə bir vaxt aldıq ki, keçmiş sovet məkanında bəzi qüvvələr yeni münaqişə ocaqları üzərində işləyirlər Müsahibəni elə bir vaxt aldıq ki, keçmiş sovet məkanında bəzi qüvvələr yeni münaqişə ocaqları üzərində işləyirlər

Ramzan Kadırov söhbətə Azərbaycan Prezidentinə təşəkkürlə başladı - VİDEO

Müsahibəni elə bir vaxt aldıq ki, keçmiş sovet məkanında bəzi qüvvələr yeni münaqişə ocaqları üzərində işləyirlər

Ötən ilin sonunda Çeçenistanın başçısı Azərbaycana gəlmişdi və o zaman mən Qafqazın bir-birinə çox bənzəyən iki nümunəsi barədə danışmışdım. Həm Kadırovu, həm Əliyevi birləşdirən bəzi mühüm detallara toxunmuşduq. Demişdim ki, Ramzan Kadırov varisdir. ​

AzNews.az xəbər verir ki, bu sözləri "Mir Şahinin vaxtı" verilişinin aparıcısı, REAL TV-nin Baş direktoru, telejurnalist Mir Şahin deyib.​

Onun sözlərinə görə, o, atası, nüfuzlu-dini-dövləti lider, təhlükəsizliyi uğrunda mübarizə apardığı, xarabalıqlardan qaldırdığı Çeçenistan üçün canından keçmiş Axmad Kadırovun ideyalarını həyata keçirir:

"Onun etməyə macal və zaman tapmadığı işləri davam etdirir. Kadırov Çeçenistanının seçdiyi şüar belədir: Əhmad Sila. Yəni Axmad-Güc! İlham Əliyev də varisdir. O atası, dövlət ustadı, xarabalıqlardan qaldıraraq suverenliyi və müstəqilliyi uğrunda mübarizə apardığı Azərbaycan yolunda canını qoymuş Heydər Əliyevin ideyalarını həyata keçirir. Onun etməyə macal və zaman tapmadığı işləri davam etdirir. Əgər Ramzan Kadırov atasının kursunda əhəmiyyət faktoru olaraq güc amilini qabardır və buna görə də cəmiyyətə Axmad-sila aşılayırsa, İlham Əliyev atasının kursunu Heydər Əliyev yolu kimi aparır. Amma çooooox vacib olan bir qeyd. Çeçenistan başçısı bunu Rusiya Federasiyasının tərkib hissəsinin, ən geniş muxtariyyata malik bir subyektin rəhbəri kimi, dünyanın ən güclü iki dövlətindən birinin parçası tək edirsə, Azərbaycan lideri eyni missiyanı tam müstəqil bir respublikanın Prezidenti kimi aparır. O bütün risk və mürəkkəbliklərə təkbaşına açıqdır. Ancaq bütün bunlara baxmayaraq Kadırov və Əliyev həm bioloji, həm də siyasi tale oxşarlarıdır. Bu günlərdə Qroznıda oldum. Çeçenistan lideri Ramzan Kadırovdan müsahibə aldıq. Ramzan Axmatoviç söhbətə Azərbaycan Prezidentinə təşəkkürlə başladı.

Müsahibəni elə bir vaxt aldıq ki, keçmiş sovet məkanında bəzi qüvvələr yeni münaqişə ocaqları üzərində işləyirlər. Kabardin balkarların, inquşlarların qarışdırıldığı ərazi dəyənəkləşməsi fonunda mən Gözətçi dağımız ətrafında gedən proseslərə olduğu kimi, elə çeçenlərlə dağıstanlılar arasındakı sərt mübahisəni də təsadüf saymıram. Bir ərazi nişanının yerinin dəyişdirilməsi böyük bit həyəcana start verə bilir. Elə bizim də yaxın tariximizi xatırlamaq kifayətdir ki, yadımıza bəzi ərazi mübahisələri düşsün. Bir sözlə keçmiş sovet məkanında ərazi mübahisələrinin yeni dalğasına start verilib. Belə bir vaxtda Azərbaycan vətəndaşları müdrik və yaşından yaşlı, aqilindən ağıllı olmağı bacarmalıdır. Separatçı meyllər heç vaxt yatmır. Onlar yalnız mürgüləyir. Kiçik bir silkələnmə bəsdi ki, ayılmaq və ayırmaq istəsin".

AzNews.az