O, qərb donorlarından 500 min avro alıbmış O, qərb donorlarından 500 min avro alıbmış

ABŞ səfirliyi Xədicə İsmayılı "çuğul" adlandırdı - ŞOK

O, qərb donorlarından 500 min avro alıbmış

Xeyli müddətdir "Azadlıq Radiosu"nun keçmiş aparıcısı Xədicə İsmayıl Azərbaycanın bir çox KİV-lərində, eləcə də ictimai-siyasi fəallar tərəfindən ABŞ-ın çuğulu olmaqda təqsirləndirilirdi. Buna baxmayaraq Xədicə İsmayıl hər dəfə bu ittihamları rədd edir və bunu özünə qarşı qərəzli münasibətin bir hissəsi sayırdı.

Ancaq Birləşmiş Ştatların Azərbaycandakı səfirliyi 2018-ci il üzrə insan hüquqlarının vəziyyəti ilə bağlı dərc etdiyi hesabatda Xədicə İsmayılın öz çuğulları olduğu təsdiq edildi.

AzNews.az sözügedən hesabatın həmin hissəsini təqdim edir:

"Hökumətin korrupsiya əməllərinə qarşı mübarizə aparmağa çalışan bəzi çuğulçuların hakimiyyət tərəfindən hədəfə alınması ilə bağlı bir neçə dəfə məlumat verilmişdir. Dekabrın 17-də hökumətin təsiri altında olan mətbu orqanlarda beynəlxalq mükafat qazanmış araşdırmaçı jurnalist Xədicə İsmayılovanın “qərb mənbələrindən” 500 min avro (575 min dollar) alması ilə bağlı iddiaların yer aldığı bir neçə məqalə dərc olunmuşdur. Dekabrın 21-də Bakı İnzibati-İqtisadi Məhkəməsi Azadlıq Radiosunun (RFE / RL) qeyri-kommersiya təşkilatı olaraq vergidən azad olmasına baxmayaraq, 45,143 manat (26,409 dollar) məbləğində iddia olunan vergi borcunu ödəmək üçün Xədicə İsmayıla qarşı qərar çıxarmışdır".

AzNews.az