Muxtar Mustafayev: “Çaqqala, tülküyə, pişiyə...” Muxtar Mustafayev: “Çaqqala, tülküyə, pişiyə...”

Tanınmış vəkil Aslan İsmayılova belə sillə çəkdi

Muxtar Mustafayev: “Çaqqala, tülküyə, pişiyə...”

Aslan İsmayılov kod adlı şəxs dünən sosial şəbəkələrdə Azərbaycan Vəkillər Kollegiyasının üzvü Muxtar Mustafayev haqqında aşağılayıcı ifadələr işlədib, onu təhqir edib.

AzNews.az qarşı tərəfin mövqeyini öyrənmək üçün tanınmış vəkil Muxtar Mustafayevə müraciət edib.

Peşəkar hüquqşünas bildirib ki, Aslan İsmayılovun onun haqqında dediklərinə münasibət bildirmiyi özünə rəva bilmir:

“Bizim dilimiz Hind-Avropa dillərindən fərqli xüsusiyyətlərə malikdir. Bu barədə geniş danışmağa heç ehtiyac da yoxdur, hər kəs bilir. Onu da bilirsiniz ki, Hind- Avropa dillərində “kim” sualı çaqqala, tülküyə, pişiyə də aid olunur, amma bizdə şüursuz canlılara “nə” sualı şamil edilir. Mənim haqqımda “kim” sualına cavab verən isimlər danışsaydı, bu və ya digər formada ona münasibət bildirərdim. Amma indi haqqımda nə isə nə isə söyləyibsə, buna cavab verməyə ehtiyac duymuram”.

Cabir CABBARLI,
AzNews.az