Partiyanın sonuncu qurultayı 2014-cü ildə baş tutub Partiyanın sonuncu qurultayı 2014-cü ildə baş tutub

Müsavat partiyasının qurultayı keçiriləcək - Yeni sədr kim olacaq?

Partiyanın sonuncu qurultayı 2014-cü ildə baş tutub

Müsavat Partiyası növbəti qurultayının vaxtını açıqlayıb.

AzNews.az xəbər verir ki, bu barədə partiyanın sədr müavini Fərəc Kərimli sosial şəbəkədə məlumat verib. O, qeyd edib ki, partiyanın divan iclası keçirilib.

Onun sözlərinə görə, iclasda Musavat partiyasının növbəti qurultayının oktyabrın 12-də keçirilməsi ilə bağlı qərar verilib.

Qeyd edək ki, Müsavat partiyasının sonuncu qurultayı 2014-cü ildə baş tutub.

Bahar RÜSTƏMLİ

AzNews.az