Partiyanın son 5 ildə idarə olunmasını qənaətbəxş hesab etmirəm Partiyanın son 5 ildə idarə olunmasını qənaətbəxş hesab etmirəm

Yadigar Sadıqlı da Müsavatın sədri olmaq istəyir - Başqan kürsüsü uğrunda hələlik 2 namizəd var

Partiyanın son 5 ildə idarə olunmasını qənaətbəxş hesab etmirəm

Divan üzvü Yadigar Sadıqlı Müsavat partiyası sədrliyinə namizədliyini irəli sürüb.

AzNews.az xəbər verir ki, bu barədə önun özü məlumat verib:

"Müsavat Divanı partiyanın növbəti qurultayının oktyabrın 12-də keçirilməsi barədə qərar qəbul edib. Hələ icra hakimiyyətindən yerlə bağlı cavab gözləməli olduğumuzu nəzərə alsaq, namizədlərə təbliğat üçün az vaxt qalır. Əvvəl də bildirdiyim kimi, öz namizədliyimi irəli sürəcəyəm. Partiyanın son 5 ildə idarə olunmasını qənaətbəxş hesab etmirəm və bunu Müsavatın reytinqinin zəifləməsində də müşahidə etmək olar. Hesab edirəm ki, mənim başqan seçilməyim təkcə Müsavatda deyil, ümumilikdə demokratik düşərgədə ab-havanı kökündən dəyişər, yeni qüvvələrin axınına xidmət edər. Tanrı Müsavatı qorusun! Azərbaycana xeyirli, uğurlu olsun!".

Qeyd edək ki, Müsavat partiyasının növbəti qurultayı oktyabrın 12-də keçiriləcək. Başqan kürsüsü uğrunda iki nəfər namizədliyini elan edib. Yadigar Sadıqlı və Tofiq Yaqublu.

Bahar Rüstəmli

AzNews.az