Partiyanın Divan üzvü Başxanım Abbaslı da partiya sədri olmaq istəyir Partiyanın Divan üzvü Başxanım Abbaslı da partiya sədri olmaq istəyir

Müsavat başqanlığına namizədlərin sayı 3 oldu

Partiyanın Divan üzvü Başxanım Abbaslı da partiya sədri olmaq istəyir

Müsavat Partiyasının başqanı vəzifəsi uğrunda mübarizəyə daha bir namizəd qoşulub.

AzNews.az xəbər verir ki, bu barədə partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib. O, qeyd edib ki, Partiyanın Divan üzvü Başxanım Abbaslı da namizədliyini irəli sürmək istədiyini açıqlayıb.

Qeyd edək ki, Müsavat Partiyasının növbəti qurultayı oktyabrın 12-də keçiriləcək. Bu günə kimi Müsavat başqanlığı vəzifəsinə iki nəfər Tofiq Yaqublu və Yadigar Sadıqov namizədliyini irəli sürüb.

AzNews.az