O hər şeyi xilas edə bilər.... O hər şeyi xilas edə bilər....

“Fuad Qəhrəmanlı niyə bu vəziyyətə düşdü?” – Aydın Quliyev

O hər şeyi xilas edə bilər....

Aramızda dünyanın "ağır illərinə" gedib dayanan salam-sabah və xatir-hörmətə görə Fuad Qəhrəmanlının gününə həqiqətən acıdım. Ancaq bundan da böyük acım o zaman ola bilər ki, Fuad bəy bütün bu olub-keçənlərdən doğru nəticə çıxarmasın. Doğru nəticəni çıxarıb-çıxarmadığını inşallah sağ -salamat görəcəyimiz yaxın həftələrin və ayların ixtiyarına buraxaq.

AzNews.az bidirir ki, bu barədə "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev özünün “facebook” hesabında yazıb.:

“Fuad Qəhrəmanlı niyə bu vəziyyətə düşdü?
Neçə gündür ki, onun barəsində bəzilərinin lehinə, bəzilərinin əleyhinə olduğum saysız şərh və izahlar oxuyuram. Əminəm ki ,Fuad bəy illərdən bəri reallıq hissini və praktik məntiqi itirmiş şəkildə bunu səhvən fədəkarlıq hesab edərək getdiyi faydasız yolun məntiqi sonluğuna gəlib çıxdı. Yəqin ki, bunun üçün də hakimiyyəti qınamayacaq və düşdüyü vəziyyətin əsl köklərini axtaracaq.

"Evini idarə edə bilməyən, evdəkilərin insan haqqına hörmət qoymayan birinin dövlət idarəçiliyi və demokratik quruluşu bərqərar etmək iddiası əndrabadi görünür" deyərək Fuadı ittiham edənlər çox haqlı olsalar da, bu ittihamçılığın daha nə Fuada, nə də onun vəziyyətinə düşmək təhlükəsini yaşayan neçə-neçə başqa fədakar gənclərə heç bir faydası yoxdur və olmayacaq. Çünki bu cür yanaşmalar variantların ən asanı olmaqla, həm də heç də bütün səbəbləri özündə ehtiva eləmir. Bu ittihamların içində Fuadı illər boyu öz inadı naminə dalına salıb boş ümidlər verə-verə "küçələrdən həbsxanalara,oradan yenə küçələrə "daşıyan, adını da yekə -yekə "lider" qoyan kəslərin, ilk növbədə Əli Kərimlinin məsuliyyəti, günahı və hətta qeyri-kriminal olsa da, cinayəti görünürmü?Ancaq görünməlidir axı, çünki o cinayət var axı.. Düz 25 il bir gənci şəxsi və ailə həyatının zövqündən məhrum edərək nəticəsiz siyasi mübarizəyə pərçimləmək insani duyğulara malik liderin edə biləcəyi bir şey deyil. Daimi gərginlik, maddi ehtiyac, qohum-qardaşa qaynayıb qarışa bilməmək, pul qazanmamaq, xərcləməmək, kiməsə əl tutmamaq, onun-bunun əlinə baxmaq, ailənin uşağını, xanımını bir sadə gəzintiyə çıxarmamaq, Əli Kərimlinin öz ölçüləri ilə desək siyasi mübarizənin ürək açan kiçik də olsa bir nəticəsini görməmək-istənilən gənc ailədə daim sızıldayan gərginlik ocağının yaranması üçün bunlar yetərli səbəb deyilmi? Kimlərəsə liderlik mövqeyi ona görə verilmir ki, dalına salıb illərlə apardığı insanlara ancaq əzab, məşəqqət, həbsxana, ehtiyac və sair yaşatsın. Ona görə verilir ki,ən böyük siyasi hədəflərə öz tərəfdarlarını ən qısa vaxtda çatdıra bilsin. Bacaranlar bunu edir, bacarmayanlar isə Fuad kimi bədbəxt gənclərin sayını artıra-artıra gedir. Bəs Fuad kimilər nə etməlidir? İlk növbədə Əli Kərimli kimi nəticəsiz liderlik iddiasında olanlara layiq olduğunu göstərməli , "bacarmadığın üçün getməlisən" deməyi bacarmalıdılar. Bəziləri özünü yəhudiləri 40 il arxasınca dolandıran Musa peyğəmbərin statusunda təsəvvür edirsə, bunun uyğun cavabını vermək ilk növbədə hər kəsin şəxsi ləyaqət işi olmalıdır. Fuad bəy vaxtında bu istiqamətdə də prinsipiallıq göstərsəydi,indi qızının nəzərində ondan qayğıkeş ata, Zümrüd xanımın nəzərində isə ondan qüdrətli KİŞİ yox idi. Fuad bəyin bütün bunları nəyin xatirinə itirdiyini bilirsinizmi? Əli Kərimlinin "Sən sınmaz oğul olduğun üçün xalq səni sevir" kimi boğazdan yuxarı deyilmiş məzmunsuz sözlərinin xatirinə... Fuad bəy və onun statusunda olanların heç biri soruşmadı ki, mənim üçün xalqın gözündə sevimli olmağın meyarlarını müəyyən etmək haqqını sənə kim verdi?...

İllər öncə dostum Razi Nurullayevlə mənim otağımda etdiyimiz söhbətin kiçik bir detalını dostlarıma açım. Ona dedim ki, Əli Kərimlidən üstün olaraq iki xarici dildə sərbəst danışdığın halda, cəbhədə onun yanında özün üçün hansı perspektivi gözlədiyini anlamıram. Söhbətimizin qalan hissəsini məsləhət bilsə özü açar. Onun sonrakı seçimi uzun çəkmədi və bu seçimdə söhbətimizin hansısa rol oynadığını bilməsəm də, cəbhədən ayrılmaq qərarının doğruluğuna bu gün də əminəm. Əli Kərimlinin yaxın çevrəsindəki dostlarımdan biri ilə də bu məzmunda illər öncə söhbətimiz olmuşdu, o şəxs də az sonra Əli bəyin yanından başını götürüb getdi, əslində o dostum məni cəbhənin rəhbərliyinə cəlb etməyə çalışırdı, ancaq aldığı aydın cavabdan sonra bir daha bu mövzuya qayıtmadı, ona da demişdim ki, malik olduğun istedadla sənin öz şəxsi perspektivin Əli bəydən qat-qat parlaqdı. O köhnə cəbhəçi dostumun siyasətə yenidən qayıdacağına inanıram və zamanında cəbhədən getmək qərarı ilə gözümdə böyüklüyünü hələ də qoruyur....

Qayıdıram Fuad bəyin məsələsinə. Yaşadığı ailə faciəsinin müqəssirləri sırasında ən axırıncı olsa da, ağır bədəli ilk olaraq özü ödədi, adı ləkələndi, ailəsini itirdi, partiyadan getdi. Siyasətdən ümumiyyətlə gedib-getmədiyini bilmirəm, ancaq köhnə salam-sabaha güvənərək deməliyəm ki, daha siyasətdə qalmağın yeri yoxdu, əgər qalacaqsa, bu dəfəki hədəfləri onun taleyini bu sonluğa düçar etmiş "müdrik liderlərin" arasında axtarsa, mənən bərpa oluna, həyatda itirdiyi çox şeyləri geri qaytara bilər, hətta ailəsini də...”

AzNews.az