İndiki məqamda Əli bəyin sizə daha çox ehtiyacı var axı? İndiki məqamda Əli bəyin sizə daha çox ehtiyacı var axı?

Hardasınız, ay Ayka vorzakonkalar?

İndiki məqamda Əli bəyin sizə daha çox ehtiyacı var axı?

AXCP Ali Məclisinin üzvü Rəşid Turabovun dünən sosial mediada yayınlanan səs yazısı əslində bir çox məqamlara aydınlıq gətirdi. İllərdir mövcud iqtidarı troll dəstələri saxlamaqda və AXCP sədri Əli Kərimli və digər radikal müxalifət təmsilçilərinə qarşı təzyiq vasitəsi kimi istifadə etməkdə günahlandıran radikallar elə bir çətin vəziyyətə düşdülər ki, bunu sözlə ifadə etmək mümkün deyil. Belə ki, Ali Məclisin üzvü yaranan son vəziyyətlə bağlı votsap qrupu üzvlərinə sitəm edərək bildirir ki, çox zəifsiniz, son hadisələrə reaksiyanız sıfıra bərabərdir. Yəni bunu belə də oxuya bilərik: hardasınız, ay Ayka vorzakonka Namazqilankalar? Niyə səsiniz gəlmir? İndiki məqamda Əli bəyin sizə daha çox ehtiyacı var axı? Fuad bəyi bəhanə gətirib iqtidar Əli Kərimlini sıxışdırır və onun getməyini istəyir, sizlər isə düşmüsünüz kor quyunun dibinə.

Biriniz deyirsiniz, dənizə gedirəm, biriniz deyirəm feministem. Sizi bilmirəm, amma mən bu feminist məsələsində qəşş elədim, güldüm xeyli. Sağ ol, Rəşid bəy! Sizin kimi Ali Məclis üzvü olanın elə partiyası da bu gündə olmalıdır. O Isgəndər bəy də hər kimdirsə vəziyyətdən çıxış yolu tapmaqda usta adamdır. Adam belə deyək də, Əli Kərimlinin çirkablarına özünü daha çox bulasdırmamaq üçün durub gedib deyib ki, mən belə məsələlərə qoşula bilmərəm, çünki mən feministem. Qəşəng bəhanədir, hə? Azərbaycan siyasi səhnəsində Fuad Qəhrəmanlı olayi yeni bir cəbhə açdığı kimi, İsgəndər bəy də bu proseslerin içindən xilas olaraq hətta dünya tarixinə feminist erkək kimi düşdü. Bu biri tərəfdən baxanda da zalim oğlu elə bil yehova şahidlərindəndir və bunu əsgər aparırlar, deyir yox e, mən əsgər gedə bilmərəm, çünki dinim icazə vermir.

Rəşid bəy bu səs yazısı ilə əslində həm də radikal müxalifətin içində bulunduğu ideoloji və dəyər boşluqları göz önünə sərdi. Zarafat deyil e, radikallar ciddi mənada mənəvi degeredasiyadan əziyyət çəkirlər. AXCP Trollarə artıq "yorğun demokrati" oynayıb iqtidarı söyərək, təhqir edərək, Sevinc Osmanqızının youtube kanalında şərhlərdə "liderimiz Əli bəy!" yazaraq dalana dirəndiklərini ortaya qoydular. Son hadisələrdə mövcud vəziyyəti düzgün dəyərləndirənlər və ənənəvi olaraq söyüs ritorikasini seçənlər arasında mücadilə başlayıb ki, AXCP Ali Məclisinin üzvünün yayılan səs yazısı da bunun bariz sübutudur.

Oktay Hacımusalı