Təxminən 1000 kvadrat kilometr ərazi terrorçuların işğalından azad edilib Təxminən 1000 kvadrat kilometr ərazi terrorçuların işğalından azad edilib

Ərdoğandan Bakıda önəmli Suriya Açıqlaması

Təxminən 1000 kvadrat kilometr ərazi terrorçuların işğalından azad edilib

"PKK, İŞİD, FETÖ kimi terror təşkilatlarının varlığı təhlükəsizlik sahəsində əməkdaşlığımızın əhəmiyyətini artırıb”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının Bakıda keçirilmiş VII Zirvə Görüşündə çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə bu il oktyabrın 9-dan etibarən PKK terrorçularına qarşı aparılan “Barış bulağı” hərbi əməliyyatları uğurla davam edir: “Barış bulağı” hərbi əməliyyatlarının iki əsas məqsədi var. Birinci olaraq Suriyanın şimalında PKK təhdidinin tamamilə aradan qaldırılmasıdır. İkinci əsas vəzifəmiz isə, 8 ildir qonaq etdiyimiz 3 milyondan çox suriyalı ərəbin öz torpaqlarına qaytarılmasını təmin etməkdir”.

Türkiyə Prezidenti qeyd edib ki, Suriyanın şimalında aparılan hərbi əməliyyatlar nəticəsində təxminən 1000 kvadrat kilometr ərazi terrorçuların işğalından azad edilib:

“Menbiçdən İraq sərhədimizə qədər ərazini təhlükəsiz bölgəyə çevirəcəyik. İlk mərhələdə 1 milyon, daha sonra isə 2 milyon suriyalı qaçqının öz torpaqlarına könüllü qayıdışını təmin edəcəyik.

Hədəflərimizə çatana qədər mübarizəmizi davam etdirəcəyik”. (APA)

AzNews.az