Özbəkistan Prezidenti Bakı – Tbilisi – Qars dəmiryolu xəttindən səmərəli istifadənin əhəmiyyətini vurğulayıb Özbəkistan Prezidenti Bakı – Tbilisi – Qars dəmiryolu xəttindən səmərəli istifadənin əhəmiyyətini vurğulayıb

“Nəqliyyat əlaqələri türkdilli dövlətlər arasında münasibətlərin inkişafına töhfə verəcək”

Özbəkistan Prezidenti Bakı – Tbilisi – Qars dəmiryolu xəttindən səmərəli istifadənin əhəmiyyətini vurğulayıb

“Biz Türk Şurası gənc iş adamlarının forumunu təşkil etmək və forumun ilk iclasının gələn il Özbəkistanda keçirilməsini təklif edirik".

Bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Şurasının Bakıda keçirilmiş VII Zirvə Görüşündə çıxışı zamanı deyib.

Türkdilli dövlətlərin ortaq investisiya fondunun da yaradılmasını təklif etdiklərini bildirən Özbəkistan Prezidenti Bakı – Tbilisi – Qars dəmiryolu xəttindən səmərəli istifadənin əhəmiyyətini vurğulayıb.

“Nəqliyyat, loqistika əlaqələrinin inkişafı ölkələr arasında münasibətlərin irəliləməsinə töhfə verəcək, eyni zamanda Özbəkistanın şəhərlərini Avropaya daha da yaxınlaşdıracaq”, - deyə Ş. Mirziyoyev qeyd edib. (APA)

AzNews.az