Nursultan Nazarbayev qıpçaqların böyük dostudur Nursultan Nazarbayev qıpçaqların böyük dostudur

Baş nazir: Macarların qanında qıpçaq qanı axır

Nursultan Nazarbayev qıpçaqların böyük dostudur

“Türk Şurasına üzv dövlətlərlə Macarıstan arasında ticarət dövriyyəsi 4 milyard dollara çatıb”.

Bunu Macarıstanın Baş naziri Viktor Orban Türk Şurasının Bakıda keçirilmiş VII Zirvə Görüşündə çıxışı zamanı deyib.

O bildirib ki, Macarıstan Türk Şurasının üzvü olan dövlətlərlə iqtisadi əməkdaşlığa xüsusi əhəmiyyət verir.

V. Orban Macarıstan hökumətinin türkdilli ölkələrdən olan tələbələr üçün təqaüd proqramları ayırdığını da vurğulayıb.

Baş nazirin sözlərinə görə, Macarıstanın müvafiq bankı tərəfindən türk dünyasından olan iş adamları üçün kredit xətti açılıb.

Türk Şurasının VII Zirvə Görüşündə iştirak üçün dəvətə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edən V. Orban Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevi qıpçaqların böyük dostu adlandırıb.

“Macarıstanda qıpçaqlar yaşayır, macarların qanında qıpçaq qanı axır”, - deyə Macarıstanın Baş Naziri qeyd edib. (APA)

AzNews.az