Sıravi üzv kimi qalmağa üstünlük verdim Sıravi üzv kimi qalmağa üstünlük verdim

Arif Hacılının başqan olduğu dövrdə... - Yadigar Sadıqlı

Sıravi üzv kimi qalmağa üstünlük verdim

“Seçim edilərkən xidmətlərə deyil, rəhbərliyə yaxınlığa önəm verilib”.

Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyasının başqanlığa sabiq namizəd Yadigar Sadıqlı Tofiq Yaqublunun Məclis üzvlüyünə vəsiqə ala bilməməsinə münasibət bildirərkən deyib.

Yadigar Sadıqlı, həmçinin Məclis üzlüyünə namizədliyini irəli sürməməsinin də səbəblərini açıqlayıb:

“Arif Hacılının başqan olduğu dövrdə idarəçiliyə hansısa müsbət töhfə verə biləcəyimi düşünmürəm. O səbəbdən də sıravi üzv kimi qalmağa üstünlük verdim”.

Xatırladaq ki, oktyabrın 13-də Müsavat Partiyasının növbəti qurultayı keçirilib. Qurultayda başqan uğrunda keçirilən səsvermədə Arif Hacılı 1-ci, Tofiq Yaqublu 2-ci, Yadigar Sadıqlı isə 3-cü yeri tutub. Nəticədə Arif Hacılı yenidən Müsavat Partiyasının sədri seçilib.

Bahar RÜSTƏMLİ
AzNews.az