İlqar Altay: "Mühacir alveri insan alveri kimi çox ağır ictimai zərərlidir" İlqar Altay: "Mühacir alveri insan alveri kimi çox ağır ictimai zərərlidir"

Radikal müxalifətin mühacir alveri - MÜNASİBƏT

İlqar Altay: "Mühacir alveri insan alveri kimi çox ağır ictimai zərərlidir"

Azərbaycan müxalifətinin radikal qanadını təmsil edən bir neçə partiyanın mühacir biznesi ilə məşğul olduğu, Avropanın müxtəlif ölkələrindən siyasi sığınacaq almaq istəyənlərə külli miqdarda maliyyə qarşılığında partiya vəsiqələri verilməsi barədə zaman-zaman müxtəlif fikirlər irəli sürülsə də, hər dəfə radikallar bunu qəti şəkildə təkzib edərək özlərini təmizə çıxarmağa çalışıblar. Baxmayaraq ki, bəzi iddialar, ittihamlar elə mühacir biznesi ilə məşğul olan partiyaların Avropaya göndərdiikləri "siyasi mühacirlər" tərəfindən səslənib və ortaya bəzi hallarda dəlil-sübut da qoyulub, ancaq qarşı tərəf zaman-zaman bu ittihamları önləyə, özlərini təmizə çıxara bilib. Tam Almaniya hökumətinin bu günlərdə başda Berlin olmaqla, bir sıra iri şəhərlərdə qeyri-qanuni miqrantlara qarşı həyata keçirdiyi əməliyyata qədər. Belə ki. Alman polisinin qeyri-qanuni miqrantlara qarşı həyata keçirdiyi əməliyyat nəticəsində məlum olub ki, bu ölkədə qeyri-qanuni şəkildə yaşayan azərbaycanlıların mütləq əksəriyyəti Müsavat və AXCP xətti ilə, partiya vəsiqəsi ilə Avropaya üz tutanlardır. Sözün həqiq mənasında miqrant biznesi ilə məşğul olan bu partiyaların hər il müəyyən məbləğdə bu prosesdən qazanc əldə ediyi bildirilir. Artıq təkzibolunmaz fakt kimi ortaya çıxan bu olayın altından cəbhəçilər və müsavatçıların necə, hansı adla və bəhanə ilə çıxacaqları məlum olmasa da, yeganə məlum olan odur ki, onsuz da cəmiyyətdə heç bir nüfuzu olmayan həmin siyasi təşkilatlar qeyri-qanuni miqrasiya biznesi ilə də özlərini uçuruma yuvarlamış oldular. İnsanlardan külli miqdarda pul alaraq onları aldadıb Avropa göndərən, soydaşlarımızı orada rəzil günə qoyan Azərbaycan Xalq Cəbhəsi və Müsavat Partiyasının bundan sonra hansı üzlə mitinq keçirib insane hüquq və azadlıqlarından danışacağı sual doğurur.

Özlərini ana müxalifət kimi qələmə verən siyasi partiyaların belə çirkin oyunlarla məşğul olması cəmiyyətin mütləq əksəriyyəti tərəfindən ciddi şəkildə tənqid edilib.

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas İlqar Altay deyib ki, hakimiyyəti, ayrı-ayrı məmurları korrupsiya və rüşvətxorluqda ittiham edən müxalifət partiya rəhbərlərinin özləri əslində korrupsiya və rüşvətxorluqla məşğul olub. Onun sözlərinə görə, əgər əvvəllər belə bir halın olması ilə bağlı müəyyən şübhələr var idisə, indi artıq bu şübhə yox, reallıqdır:

"Almaniyada mühacir alveri və bu yöndə edilən saxtakarlıqlara qarşı hüquq-mühafizə orqanları- polisin apardığı əməliyyatlar həmvətənlərimizin və bizim siyasi müxalifətin çox təəssüflər olsun ki bu pozuntularda iştirakına şübhələri real edir. Mühacir alveri insan alveri kimi çox ağır ictimai zərərlidir və hüquqda da eyni mahiyyətli tutulur, eyni qədər də fəsadlı cinayət əməli hesab edilir. Hazırkı əməliyyat-axtarış tədbirləri, həbslər hələ ki şübhəli qismində olaraq təqsirləndirmə deyil. Ona görə, konkret şəxsləri və partiyaları tələsik adbaad günahlandırmayaq. Amma Azərbaycan müxalifətinin bu cür ziyankar və çirkli əməllərə yol verməsi faktlar, söz-söhbətləri də yeni deyil. Elə məndəki əsil faktlardan canlı birisini deyim. 2011-ci ildə Bakıda evimi əsaslı təmir edən bir bacarıqlı, həm də ali təhsilli, savadlı usta vardı. Adı Mehman idi. Bir gün dedi ki, ailəsini götürüb Avropaya getmək istəyir. Məsləhət və mənim fikrimi bilmək istədi. Bildirdi ki, filan partiyaya (adını demirəm) üzv olub qaçqın statusu üçün müvafiq sənəd ala biləcək. Dedim Mehman, gül kimi qazanclı sənətin, ev- eşiyin, bacarığın, müştərilərin və hakimiyyət ilə də heç bir problemin yoxdur. Nəyə lazımdır bu gediş? Dedi yox, gedəcəm. 2016-cı ildə xaricdən zəng vurdu ki, artıq, Dyusseldorfdayıq. Həmçinin, 2017-ci ildə Almaniyada, Frankfurt şəhərində olanda zəng vurdu ki, hər şey yaxşıdır, yaxşı bir təmir işindədir, qazancı, ev veriblər, qızı işləyir. Bu ara telefonumda nömrələr silindi, əlaqə itdi. Bir az da keçdi. Günlərin birində gördüm ki, hansısa internet televiziyada qanı qara müsahibə verir ki, bu gün səhər arvad-uşaqlarını o işdə olanda polis, miqrasiya evdən götürüb aparıb, deportasiya edib. Qaçıb hava limanına və yalnız uzaqdan görə bilib onları. Sən demə sənədi saxta imiş, özünü də deportasiya etdilər. Sonra işi də, qazancı da, həyatı da getdi".

İlqar Altay deyib ki, müxalifət partiyaları, belə bir saxtakar mühacir alveri ilə, nə ziyankarlıq və fəsadlar törətdikləri barədə bilsinlər:

"Əvvəla bu agır cinayət əməlidi və hakimiyyət əldə etmək, demokratiya qurmaq ideyalarını alt-üst edir. İkinci ölkə və beynəlxalq ictimaiyyətin qarşısında müxalifəti gözdən salır. Üçüncü bu əməl, üzərində alver qurulan insan və onun ailəsinin həyatını intihara qədər alt-üst edir, insafsızcasına zəlil edir. Dördüncü, biz hər zaman, iqtidar məmurlarını korrupsiya, dələduz əməllərinə görə kəskin tənqid edirik. Belə halla bu saxtakar müxalifət funksionerləri ilə, iqtidar rüşvətxor-korrupsioner məmurun nə fərqi olur?. Belə fikir yaratmırmı ki, bu müxalifətin də əlinə o böyük imkan-səlahiyyət keçsə, heç də oliqarx korrupsioner məmurlardan geri qalmazlar? Və bəlkə, xalq müxalifətə buna görə dəstək vermir". (Olaylar.az)

AzNews.az