Seçkilərlə bağlı müraciətlərə baxılır Seçkilərlə bağlı müraciətlərə baxılır

MSK-nın parlament seçkiləri ilə bağlı iclası başlayıb

Seçkilərlə bağlı müraciətlərə baxılır

Mərkəzi Seçki Komissiyasının (MSK) parlament seçkiləri ilə bağlı iclası başlayıb.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, iclası MSK-nın sədri Məzahir Pənahov açıq elan edib.

O qeyd edib ki, iclasda seçkilərlə bağlı müraciətlərə baxılacaq.

İclasda 42 saylı Sumqayıt İkinci Seçki Dairəsi üzrə müraciətin baxılması üçün dairə seçki komissiyasına göndərilməsi barədə qərar qəbul edilib.

51 saylı Qusar, 68 saylı Cəlilabad kənd, 98 saylı Şəmkir şəhər, 108 saylı Ağstafa, 24 saylı Nizami Birinci və digər bir neçə seçki dairələri üzrə müraciətlər qanunvericilikdə nəzərdə tutulan müddət ötürülməklə göndərildiyi üçün baxılmamış saxlanılıb.

12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsi üzrə müraciət də aidiyyəti üzrə baxılması üçün dairə seçki komissiyasına göndərilib.

Qeyd edәk ki, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib. Seçkilərdə 1314 nəfər namizəd iştirak edib.

Səsvermə hüququna malik 5 212 902 nəfər seçicidən 2 547 982 seçici səs verib. Seçici fəallığı 47.81 faiz təşkil edib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləri olub. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.