Təkliflər səsə qoyularaq qəbul edilib Təkliflər səsə qoyularaq qəbul edilib

"Trend"in əməkdaşları Milli Məclisin komitələrinə üzv seçildilər

Təkliflər səsə qoyularaq qəbul edilib

Milli Məclisin bu gün keçirilən iclasında komitələrə üzv olan deputatların adları məlum olub.

AzNews.az-ın Trend-ə istinadən məlumatına görə, yığıncaqda Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Əmək və sosial siyasət komitələrinin üzvlüyünə namizədliyi irəli sürülənlər arasında Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) Baş direktorunun müavini Arzu Nağıyev, Ailə, qadın və uşaq məsələləri, eləcə də Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvlüyünə namizədlər arasında isə Trend Beynəlxalq İnformasiya Agentliyinin Baş direktorunun müavini, "Azernews" qəzetinin baş redaktoru Sevil Mikayılovanın adları olub.

Hər dörd təklif müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.