Nazirlər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar Nazirlər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar
  • Paytaxt
  • 3 Dekabr 2020 19:54
  •  4 013

Azərbaycan və Türkiyə XİN rəhbərləri telefonla danışdı

Nazirlər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Bu ilin 3 dekabr tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

XİN-dən AzNews.az-a verilən məlumata görə, nazirlər ATƏT-in Nazirlər Şurasının 27-ci iclası ilə bağlı, eləcə də qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.